Accessibility links

Dünyanın günəş enerjisi ilə işləyən ilk hava limanı


Günəş enerjisi panelləri
Günəş enerjisi panelləri

Siz dünyada hava limanlarının daha səmərəli fəaliyyət göstərməsi üçün günəş enerjisindən necə istifadə edilməli olduğu barəsində heç düşünmüsünüzmü?

ABŞ-ın Azərbaycandakı səfirliyi facebook səhifəsində bunun gözəl bir nümunəsi kimi Afrika qitəsindəki tam günəş enerjisi ilə çalışan ilk hava limanı olan Cənubi Afrika George Hava limanını göstərir.

Əslində, George Hava limanının günəş panelləri gün ərzində 750 kilovat həcmində enerji istehsal edə bilər, bu isə hava limanının obyektlərini idarə etmək üçün olan tələbatdan iki qat çoxdur! Bu səbəbdən, kiçik, lakin çox məşğul regional hava limanı artıq istehsal edilən enerjini Cənubi Afrika Milli Elektrik İstehsalat şirkətinə satır.

ABŞ-da da bir çox hava limanlarında günəş panelləri artıq quraşdırılıb və ya quraşdırılmağı planlaşdırılır. Ən böyük günəş panellərindən ibarət ərazi İndiana ştatının Indianapolis hava limanında yerləşir və gündə 15 meqavat enerji istehsal edir. Ənənəvi enerji mənbələrindən öz asılılığını azaltmaqla, hava limanları karbon qazı tullantılarını azaldaraq, iqlim dəyişikliyi ilə mübarizədə kömək edirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG