Accessibility links

Pakistanlı qardaşların müəmmalı xəstəliyi [Video]


Pakistanlı qardaşların müəmmalı xəstəliyi
please wait

No media source currently available

0:00 0:01:45 0:00

Pakistanlı qardaşların müəmmalı xəstəliyi

Pakistanın Quetta şəhərinin həkimləri “günəş uşaqları” kimi tanınan iki məktəbli qardaşın xəstəliyindən baş açmırlar. İkisi də gün ərzində normal həyat sürür, amma günəş batandan sonra, onlar iflic olur.

İslamabad tibbi mərkəzinin həkimləri 9 yaşlı Şoaib Əhməd və 13 yaşlı Əbdül Rəşidi müalicə etməyə davam etsələr də, onların gün batandan sonra iflic olmalarının səbəbini bilmirlər.

“Günəş uşaqlar” adlı xəstəlik var və bizim araşdırmalardan aldığımız nəticə onu göstərir ki, bu xəstəlik beyindəki neyromediator balansı pozulan zaman baş verir“.

Günəş uşaqları
Günəş uşaqları


Uşaqların atası digər oğlunun da bənzər xəstəlikdən əziyyət çəkdiyini deyir.

“Mənim altı övladım var. Üçü belədir. Onlar gündüz vaxtı normal, gecə isə iflic olurlar. Yemək yeyə, su içə, uzana, ayağa qalxa bilmirlər. Onlar bu vəziyyətdən əziyyət çəkirlər. Amma biz ümid edirik ki, Allahın köməkliyi ilə onlar düzələcək.”

İndiyədək 38 həkimdən ibarət komanda 300-dən çox analiz alıb.

"Bəziləri qan, bəziləri genetik analizlərdir. Biz nümunələri xaricdəki universitetlərə göndərmişik, burada da digər həmkarlarımızla araşdırırıq. Hazırda beş ölkə ilə əməkdaşlıq edirik, onlar uşaqları Skype vasitəsilə yoxlayırlar, onlarla söhbət edirlər. Biz həmçinin konfrans zəngləri həyata keçiririk. Onlar bizə yol göstərir və biz bu yolda birgə irəliləyirik”.

Doktor Əkrəm deyir ki, həkimlər hətta uşaqların ata-baba kəndlərinə gedib oradan torpaq, su və hava nümunələri alıblar və həmçinin ailənin digər üzvlərindən də analizlər alıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG