Accessibility links

"Günəşli" yatağında olan qəza zamanı itkin düşmüş şəxslərdən 6-nin cəsədi tapılıb


"Günəşli" yatağında olan qəza zamanı itkin düşmüş şəxslərdən 6-nin cəsədi tapılıb

"Günəşli" yatağında olan qəza zamanı itkin düşmüş şəxslərdən 6-nin cəsədi tapılıb

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verir

"Günəşli" yatağında baş vermiş qəza zamanı itkin düşmüş şəxslərdən altısının cəsədi tapılıb.

Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, saat 13:20 radələrində qəza baş vermiş özüldən 65-70 km məsafədə FHN-in helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar edib və həmin cəsədlər helikopterin göyərtəsinə qaldırılıb.

Bunlardan Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlunun cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib. Digər 4 cəsəd isə yaxın zamanda sahilə çatdırılacaq.

ARDNŞ məlumatına görə, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Qəza baş verəndən indiyə kimi görülmüş genişmiqyaslı yanğınsöndürmə və xilasetmə işləri nəticəsində 32 nəfər təxliyyə olunmuş, bir nəfərin cəsədi tapılmış, onlar dənizdən çıxarılaraq sahilə göndərilmişlər.

Show comments

XS
SM
MD
LG