Accessibility links

“Günəşli” yatağında yanğının söndürülməsi davam edir


Dəniz platformasında yanğın
Dəniz platformasında yanğın

FHN “Günəşli” yatağındakı 10-cu özüldə yanğının söndürülməsi və itkin düşənlərin axtarışını davam etdirir

Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə tədbirlərini davam etdirir. Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” və “Vixr-8” yanğınsöndürmə gəmiləri fasiləsiz olaraq özüldəki yanğının söndürülməsi, aidiyyəti qurumlarının qüvvələri isə itkin düşənlərin axtarış işlərini həyata keçirir.

Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, yanğın baş verib. Özüldə olan 62 nəfərdən 32-si xilas edilib. 7 nəfərin cəsədi tapılıb. Hazırda itkin düşmüş 23 neftçinin axtarışı davam etdirilir.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib ki, axtarış-xilasetmə işlərinə FHN-in 4 helikopteri cəlb edilib. Dekabrın 29-da itkin düşənlərin ailə üzvləri də Fövqəladə Hallar Nazirliyinin 2 helikopteri və “AZAL” QSC-nin 1 helikopteri ilə Xəzər dənizi üzərində itkin düşənlərin axtarışı əməliyyatında xilasetmə qrupu ilə birlikdə iştirak edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG