Accessibility links

Qərargah: İtkin düşənlərdən tapılan yoxdur


Dəniz platformasında yanğın

Dəniz platformasında yanğın

Dekabrın 4-də “Günəşli” yatağındakı dəniz özülündə baş vermiş yanğın zamanı itkin düşmüş 29 nəfər və ondan əvvəl itkin düşmüş 2 nəfər neftçinin axtarışı hələ bir nəticə verməyib. İtkin düşənlərdən heç kim tapılmayıb. Bu barədə “Azneft” İstehsalat Birliyində yaradılmış qərargahdan Amerikanın Səsinə bildiriblər.

Qərargah əməkdaşının sözlərinə görə, hazırda Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və digər rəsmi şəxslər hadisə yerindədir. İtkin düşənlərlə bağlı axtarış-xilasetmə tədbirləri davam etdirilir.

XS
SM
MD
LG