Accessibility links

Güney azərbaycanlılar Həsən Ruhaniyə etiraz edir


Nyu-Yorkda İran prezidentinin Amerikaya səfərinə etiraz aksiyası keçirilib

Amerikada yaşayan güney azərbaycanlılardan ibarət bir qrup İranın yeni prezidenti Həsən Ruhaninin Amerikaya səfərinə etiraz olaraq, Nyu-Yorkda BMT-nin önündə etiraz aksiyası keçirib. Bu barədə Güney Azərbaycan Milli Oyanış Hərəkatı Facebook səhifəsində məlumat yayıb.

Aksiyada Güney Azərbaycan Milli Oyanış Hərəkatı və Milli Dirəniş Təşkilatının təmsilçiləri, çox sayda milli fəal iştirak edib.

Piketdə “Güney Azərbaycana müstəqillik!”, “İranda Türk dilində təhsil qadağasına son!”, “İranda yalnız farslar yaşamır!”, “İran yalnız farslardan ibarət deyil!” və başqa şüarlar səsləndirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG