Accessibility links

Güney Azərbaycan Parlamenti toplaşacaq


Güney Azərbaycan bayrağı

Güney Azərbaycan bayrağı

İran Azərbaycanından olan bir qrup ziyalı sürgündə Güney Azərbaycan Parlamentinin yaradılması ilə bağlı milli qüvvələrə müraciət qəbul edib. Bu barədə GünAz.TV saytı məlumat yayıb.

Sənəddə deyilir:

15 Mart 2014-cü ildə Danimarkanın paytaxtı Kopenhagen şəhərində bir qrup Güney Azərbaycan fəalı sürgündə Güney Azərbaycan Parlamentinin yaradılması ilə bağlı təşəbbüs irəli sürdülər. Bu işin aparılması üçün 9 nəfərdən ibarət qurucu Təşəbbüs qrupu yaradıldı və fəaliyyətə başlandı. Qərara alındı ki, qısa müddət ərzində hazırlıq işlər görülsün və Parlamentin yaradılması ilə bağlı ümumi çağırış elan olunsun.

Sürgündə güney azərbaycanlılardan ibarət Parlamentin demokratik qaydalar əsasında qurulmasının önəmi və hər hansı məhdud qrupun təsiri altına düşməsinin yolverilməzliyi bütün milli qüvvələr tərəfindən dərk olunur və dəstəklənir. Ona görə də milli hərəkatımızın demokratik dəyərlərinə əsaslanaraq bu prosesdə bütün iştirakçıların seçıb - seçilmək hüququ təmin olunmalıdır.

Biz milli qüvvələr və müstəqil şəxslər olaraq, sürgündə Parlamentin demokratik çərçivədə qurulmasını dəstəkləyir və bu prosesin aşağıdakı qaydada aparılmasını zəruri hesab edirik:

1. Sürgündə Güney Azərbaycan Parlamentinin yaradılması ümumi çağırış əsasında olmalıdır.

2. Parlamentin yaradılması Güney Azərbaycandan olan müstəqil və təşkilat mənsubiyyəti olan şəxslərin iştirakı ilə keçirilməlidir.

3. Parlamentin yaradılması üçün ümumi çağırış əsasında bu prosesdə iştirak edən şəxslər sürgündə ilk Güney Azərbaycan Parlamentinin qurucuları hesab ediləcəklər.

4. İlk qurulacaq Sürgündə Güney Azərbaycan Parlamentinə çağırışın 21 Azər - Güney Azərbaycan Milli Hökumətinin ildönümü ərəfəsində keçirilməsi məqsədəuyğundur.

5. Türkiyədə və Azərbaycanda yaşayan güney azərbaycanlıların viza problemindən dolayı Avropa və ya Amerikaya gələ bilməyəcəklərini nəzərə alaraq, Parlamentin yaradılmasında iştirak etmək istəyən güney azərbaycanlıların Türkiyə de bəlli bir ünvanda toplaşmaları üçün şəraitin yaradılması zəruridir.

6. Sürgündə Güney Azərbaycan Parlamentinin demokratik qaydalarla idarə olunması və onun fəaliyyət istiqamətini tənzimləyən təklif sənədlərinin hazırlanması hüquqşünasların öhdəsinə verilməli və bütün sənədlər hüquqi açıdan dəyərləndirilərək hazırlanmalıdır.

Sürgündə ilk Güney Azərbaycan Parlamentinin yaradılması ilə bağlı keçiriləcək şəhərin adı yaxın vaxtlarda bildiriləcək”, sənəddə qeyd edilir.

Bu müraciətə qoşulmaq istəyən şəxslər aşağıdakı e-mail adresinə öz ad və soyadlarını yazıb göndərə bilərlər. E-mail: surgundeparlament@gmail.com

XS
SM
MD
LG