Accessibility links

İranın inqilab məhkəmələrinin 10 ildən 15 ilə qədər həbs və əlavə olaraq 2 il sürgün cəzasına məhkum etdiyi 5 türk dil haqları müdafiəçisinə sosial şəbəkələrdə dəstək kampanıyası başladılıb.

Son vaxtlar Tehran vilayəti Baharistan şəhərinin İnqilab Məhkəməsi daha əvvəl Dünya Ana Dili Günü tədbirləri ilə bağlı nəzarət altına alınmış 5 türk dil haqları fəalı Əlirza Fərşi, Əkbər Azad, Siyamək Mirzayi, Behnam Şeyxi və Həmid Mənafini 10 ildən 15 ilə qədər həbs və əlavə olaraq 2 il ölkənin türk əhalisi olmayan bölgələrində sürgündə yaşamaq cəzasına məhkum edib.

Dəstək kampaniyasına qısa müddətdə İran Azərbaycanı və Tehrandan bir çox sosial media istifadəçisi qatılıb.

Telegram sosial şəbəkəsi istifadəçilərindən bir qrup keçən günlər “Azərbaycanın türk fəallarına qarşı ədalətsiz hökmlərə mədəni etiraz kampaniyası” başladaraq müxtəlif vilayətlərdə yaşayan istifadəçiləri şəkillərinə göndərərək kampaniyaya qatılmağa çağırıblar.


Tehran və Azərbaycan vilayətlərinin müxtəlif bölgələrindən olan istifadəçilər ağır həbs və sürgün cəzalarına məhkum olunan fəalların azadlığını tələb edən posterlər ilə bərabər çəkdikləri şəkillərini həmin məqsəd üçün açılmış Telegram kanallarında yayımlayırlar.

Güney Azərbaycan Televiziyası (Günaz Tv) və Araz News kimi internet portallarının məlumatına görə, keçən günlərdə başladılan kampaniyaya qısa müddətdə müxtəlif şəhərlərdən bir çox sosial media istifadəçisi qatılıb.

Yayılan məlumatda kampaniyanın sürətlə genişləndiyinə diqqət çəkilir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG