Accessibility links

“Amerikanın Səsi”-nin əldə etdiyi məlumata əsasən,üç güneyli türk dili haqları fəalı İslam Əli Əkbərli, Araz Xassətaraş və Əmin Hacılının hər birinə 3 ay həbs cəzası çıxarılıb.

Adı çəkilən fəallar Ana Dili Günü ilə bağlı bəyanat yaymaqla, “dövlətə qarşı təbliğat” ittihamı ilə günahlandırılıb.

Ettelaat məmurları İslam Əli Əkbərli, Araz Xassətaraş və Əmin Hacılını bu il fevralın 17-də Xoy şəhərində nəzarət altına alıb. 3 gənc fəal iki həftə sorğu-suala çəkildikdən sonra müvəqqəti olaraq zəminə buraxılıb.

İran Azərbaycanında həbs edilən fəallar adətən “rejimə qarşı təbliğat”, “pantürkizm”, “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” və “qanunsuz təşkilatlara üzvlük” kimi ittihamlarla üzləşir.

Show comments

XS
SM
MD
LG