Accessibility links

Güneydə kütləvi etirazlarda tutulanların çoxunun adı bilinmir


Həbs edilən fəallar

Həbs edilən fəallar

Aksiyalarda türk fəallardan əlavə bir çox sıravi vətəndaşın da nəzarət altına alındığı bildirilir

Hüquq müdafiəçiləri noyabrın 9 və 10-da keçirilən aksiyalarda tutulan təqribən 30 fəalın adından ibarət siyahı tərtib edib edib. Lakin Amerikanın Səsinin əldə etdiyi məlumata görə, xüsusilə Urmiyə, Zəncan, və Ərdəbil şəhərlərindəki küçə etirazlarında onlarla sıravi vətəndaş da polis və təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

İnternet qəzetləri və hüquq müdafiəçiləri tərəfindən adları göstərilmiş şəxslərin əksəriyyəti tanınmış və ya əvvəllər həbs və mühakiməyə məruz qalan türk fəallardır. Etirazlarda həbs edilən sıravi vətəndaşların kimliyi ilə bağlı məlumat yayılmayıb.

Urmiyə - 9 Noyabr 2015

Urmiyə - 9 Noyabr 2015

Güney Azərbaycan Televiziyası eləcə də, Saham News və GAMAC veb səhifələrinə istinadən Urmiyədə Ulduz Qasimi və Mehdi Təhməzi, Ərdəbildə Əmin Əmiri, Mustafa Pərvin, Murtaza Pərvin, Fərşid Piçqanlı, Meysəm Colani, Səid Sadıqifər, Rəhim Qulami və Əli Vasıqi, Xiyavda (Meşginşəhr) Məcid Ağayi, Sina Həsəni, Aydın Zakiri, Hüseyn Dərgahi və İbrahim Seyfi, Muğanda isə Əli Əhmədi, Elşən Böyükvənd, Şəhram Ruhi, Atabək Sepehri, Ramin Əzizpur, Nadir Əzizi, Arman Musəvi və Vəhid Nəriman kimi fəallar məmurlar tərəfindən həbs ediliblər.

İnternet səhifələri həmçinin milli fəallar Şahin Dövlətabadi, Fərşad Sadıqi, Rza İbrahimi, Vədud Ənsari və Şahin Novbəxtin nəzarət altına alındığını yazıblar.

İnsan haqları fəallarının yaydığı məlumata istinadən aksiyalar əsnasında bir çox etirazçı polis qüvvələrinin hücumu nəticəsində yaralanıb. Sosial şəbəkələrdə yayılan foto şəkillər və videolar da bu məlumatı təsdiq edir.

"Fitilə" verilişi

"Fitilə" verilişi

Noyabrın 9-da baş verən kütləvi aksiyalar bir neçə gün öncə dövlət telekanalının uşaqlar üçün “Fitilə” adlı proqramında türklərin aşağılanmasına qarşı ortaya çıxan təpkilərin davamında həyata keçirilib.

İran televiziyasının 2-ci kanalında yayımlanan bir televiziya komediyasında diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilib. Komediya fars dilində olsa da bəzi bölümlərində türkcə dialoqlar da yer alıb.

XS
SM
MD
LG