Accessibility links

Güneydə insan haqları durumu - mühakimələr, siyasi məhbuslar, mədən işçiləri [Audio-Müsahibə]


Məhəmməd Əhədi

Məhəmməd Əhədi

İran Azərbaycanında fəaliyyət göstərən milli fəallar və türk dil haqları müdafiəçiləri ilə bağlı məlumat yayan Oyan News veb səhifəsinin əməkdaşı Məhəmməd Əhədi Amerikanın Səsi ilə söhbətdə son vaxtlarda güneydə baş verən insan haqları pozuntuları haqda danışıb. Türkiyədə mühacirətdə yaşayan fəal əksəriyyəti Traxtor futbol komandasının tərəfdarları və Urmiyə Gölü müdafiəçilərindən ibarət olan 40 nəfərdən artıq gənc fəalın mühakiməsi, çıxarılan hökmlər və həbs edilən fəallarla bağlı məlumat verməklə yanaşı Tikantəpədə etiraz aksiyasına qatıldıqları üçün məhkəməyə çağrılan mədən işçilərindən danışıb.

Məhdi Azadi qəzeti ilə əməkdaşlıq edən jurnalist Həsən Zare “əhalini Urmiyə Gölü ilə bağlı etirazlara dəvət edərək ümumi təhlükəsizliyi pozmaq”, “İranın ali ruhani liderini aşağılamaq” və “Azərbaycan qurtuluş hərəkatı adlı bir qrupu təşkil etmək” kimi ittihamlara məruz qalıb.

Məhəmməd Əhədi həmçinin 2012-ci ilin mart ayından bəri Təbriz zindanında saxlanılan və keçən həftəyə qədər mediada haqqında hər hansı bir məlumat yayılmayan güneyli yazar və jurnalist Həsən Zare Zəkliki ilə bağlı məlumat verib.

Əhədinin sözlərinə görə, müxtəlif ittihamlarla günahlandırılan Həsən Zare Təbrizin İnqilab və Cəza məhkəmələri tərəfindən 33 ay zindana məhkum edilib.

Məhdi Azadi qəzeti ilə əməkdaşlıq edən jurnalist “əhalini Urmiyə Gölü ilə bağlı etirazlara dəvət edərək ümumi təhlükəsizliyi pozmaq”, “İranın ali ruhani liderini aşağılamaq” və “Azərbaycan qurtuluş hərəkatı adlı bir qrupu təşkil etmək” kimi ittihamlara məruz qalıb. “Müttəhim Facebook və email qrupları yaradaraq türk dilinin təlimi ilə bağlı kitabçalar yayıb,” deyə Oyan News saytı məhbusa qarşı çıxarılmış məhkəmə sənədində qeyd edildiyini yazıb.

Məhəmməd Əhədi son vaxtlarda Urmiyə və Təbriz şəhərlərində təşkil olan məhkəmələr və Urmiyədə bir neçə fəala qarşı çıxarılan həbs hökmləri ilə bağlı Amerikanın Səsinə ətraflı məlumat verib:

Traktorsazi komandası İran Azərbaycanında milli dirəniş simvoluna çevrilib.

Traktorsazi komandası İran Azərbaycanında milli dirəniş simvoluna çevrilib.

Keçən illərdə Təbrizin Traktorsazi futbol komandası oyunlarında milli şüarlar səsləndirən təqribən 20 fəal son vaxtlarda mühakimə edilib.

Əksəriyyəti keçmişdə Urmiyə Gölü ilə bağlı keçirilən etirazlara qatıldıqları zaman nəzarət altına alınmış və keçən ay mühakimə edilən 22 urmiyəli fəalın dördünə qarşı həbs hökmü çıxarılıb. Bu hökmə əsasən, Yasir Əkbəri, Ata Kərimi və Nima Həsəni hər biri 6 ay, Məhəmməd Təməddün isə 4 ay həbs cəzası alıb.

Əhədinin dediklərinə görə, Təbrizdən gələn başqa xəbərdə isə milli fəal Rəsul Rəzəvinin həbs edilib və daha öncə məhkum olduğu bir il həbs müddətini tamamlamaq üçün Təbriz zindanına göndərildiyi bildirilir.

Oyan News saytının əməkdaşı İranın ikinci böyük qızıl mədəni olan Tikantəpənin Ağdərə mədənindən 350 fəhlənin qovulması ilə bağlı yeni durumu anladıb. O, keçirilən etiraz aksiyalarına qatılan bəzi işçilərin məhkəməyə çağrıldığını deyib.

XS
SM
MD
LG