Accessibility links

İran polisi evində çayxana işlədən türk gənci cəzalandırıb


Həmzər Dindar əlləri qandallı halda şəhər küçələrində gəzdirilir

Həmzər Dindar əlləri qandallı halda şəhər küçələrində gəzdirilir

İşsiz gənc evində sulu qəlyan xidməti verərək məişətini təmin edirmiş

İran Azərbaycanı ilə bağlı xəbər yayan saytlara istinadən, ötən günlərdə “Güney Azərbaycanın Muğan bölgəsində polis qüvvələri bir türk gənci evində qəlyan xidməti verdiyi üçün bir kamoyent (pickup) üzərində və əlləri qandallı şəkildə şəhər küçələrində gəzdiriblər.”

Oyan News, Günaz TV və bir neşə farsdilli veb səhifənin yaydığı videoda əlləri qandallı şəkildə kamyonet üzərində ayaq üstə duran gəncin əhali ilə danışdığını göstərir.

“Camaat, acından ölürəm qəlyan verirəm də... Mənə iş versinlər. Acından ölürəm, mənə dəstbənd (qandal) vururlar..., borcum var, əhli əyalım var. Mənə iş verin də..,” deyə Günaz TV-yə istinadən adı Həmzə Dindar olan gənc əhaliyə səslənir.

Xəbər agentlikləri və yerli qəzetlərin yaydığını məlumata görə, İran polisi 2014 ilinin iyul ayında Muğan bölgəsinin Parsabad və Aslanduz şəhərlərində qəlyan xidməti verən təqribən 100 çayxananı möhürləyib.

XS
SM
MD
LG