Accessibility links

Məhəmməd Əli Nüsrəti: Şərqi Azərbaycanda narkomanların sayı böhran həddinə çatıb


Güneydə narkomanların sayı çoxalır
Güneydə narkomanların sayı çoxalır

Yerli məsullar Şərqi Azərbaycan vilayətində xüsusilə gənclər arasında narkotik maddələrdən istifadənin kəskin artdığını bildirir.

Yarı-rəsmi Mehr xəbər agentliyinə istinadən, narkotik maddələrə qarşı mübarizə üzrə koordinasiya şurası Şərqi Azərbaycan şöbəsinin sədri Məhəmməd Əli Nüsrəti vilayətdə narkomanların sayının böhran həddinə çatdığını qeyd edib.

Nüsrəti narkotik maddələrdən istifadənin genişlənməsini “düşmənlərin planı” olaraq dəyərləndirib.

İranın qeyri-fars cəmiyyətləri və dini azlıqlara mənsub bəzi veb səhifələr isə azlıqların yaşadığı bölgələrdə narkotik maddələrin geniş yayılmasını hakimiyyətin siyasətlərinin nəticəsi olduğunu önə çəkirlər.

Günaz Azərbaycan Televizitası İran İslam İnqilabı Keşikçiləri Korpusuna (Sepah) bağlı bəzi qrupların narkotik maddələr ticarəti ilə əlaqəli olduğunu irəli sürür.

Günaz TV veb səhifəsinin yazdığına görə, “İran İslam Respublikasının qeyr-fars millətlərə qarşı yürütdüyü ədalətsiz iqtisadi siyasətlər üzündən ictimai böhranlar və iqtisadi problemlər paralel şəkildə genişlənir... Gənclər arasında narkotik maddələrdən istifadənin artması da hakimiyyətin siyasətidir.”

XS
SM
MD
LG