Accessibility links


İnsan haqları qrupları və Azərbaycan veb səhifələri son zamanlar Güneydə baş verən həbslər və mühakimələr, eləcə də şərti və müvəqqəti həbs müddətini bitirdikdən sonra azadlığa buraxılan bir neçə fəal haqqında yeni məlumatlar yayıb.

Tanınmış musiqi müəllimi Həsən Dəmirçi, habelə milli fəallar Hüseyn Əli Məhəmmədi və Tahir Kirmani noyabrın 4-də nəzarət altına alınıb. Bu barədə Günaz TVOyan News saytları məlumat verib.

Sentyabr ayında Hüseyn Əli Məhəmmədinin Tıraxtur komandasının matçı zamanı Təbriz stadionunda tutulduğu və təhlükəsizlik məmurları tərəfindən ağır şəkildə döyülərək işgəncəyə məruz qaldığı bildirilmişdi.

İnsan haqları qrupları həmçinin ötən həftə sarablı fəal Seyyid Camal Musəvinin həbs edildiyini qeyd edib. Milli fəalın daha öncə məhkum olduğu həbs müddətini keçirmək üçün Sarab zindanına göndərildiyi bildirilib.

Günaz TV-nin yaydığı məlumata istinadən, azərbaycanlı mədəni fəallar Davud Əzimzadə və Bəhmən Xaliqi ötən həftələrdə Marağa şəhərinin İnqilab Məhkəməsinə çağırılıb. Bu iki fəal ötən il dekabr ayında Şərqi Azərbaycan vilayəti və Ermənistan arasında əlaqələrin genişlənməsinə etiraz olaraq Marağa şəhərində keçirilən aksiyalara qatıldıqları üçün təhlükəsiz mərmurları tərəfindən saxlanılıb, bir müddət həbsdən sonra müvəqqəti olaraq azadlığa buraxılıblar.

Eyni zamanda, ötən həftələr ərzində bir neçə güneyli fəal, o cümlədən, Səid Nəimi, Əsədüllah Əsədi və Mehdi Həmidi Şəfiq azadlğı buraxılıb.

Show comments

XS
SM
MD
LG