Accessibility links

Yunus Şamili: İranda bütün seçkilər saxtalaşdırılır [Audio]


Yunus Şamili
Yunus Şamili
Azərbaycanlı jurnalist və siyasi fəal Yunus Şamili İran İslam Respublikası tarixində keçirilən bütün prezident seçkilərində saxtakarlığa yol verildiyini deyir. Güney Azərbaycan Milli Demokratik Birliyi təşkilatının İdarə Heyətinin üzvü Amerikanın Səsinə müsahibədə iyun ayında keçiriləcək prezident seçkiləri, və ümumiyyətlə İranda keçirilən seçkilərin mahiyyəti haqda danışıb.

Yunus Şamili: İranda bütün seçkilər saxtalaşdırılır
please wait

No media source currently available

0:00 0:21:05 0:00

Yunus Şamilinin sözlərinə görə, bu gün İranın siyasi çevrələrində tez-tez işlənən seçki mühəndisliyi termini Ayətulla Əli Xameneyinin hakimiyyəti dövründə keçirilən münaqişəli seçkilərdən sonra dillərə düşsə də, İran İslam Respublikasında keçirilən seçkilərin hamısı hökümət tərəfindən istənilən namizədi qalib çıxarmaq istiqamətində yönləndirilib.

“Xomeyni hakimiyyətində seçki mühəndisliyinə etiraz imkanı yoxuydu. Ancaq, Xomeynidən sonra Vilayəti Fəqih-in (ali ruhani rəhbər) mövqeyi zəyiflədiyi üçün bu mühəndisliklər ortaya çıxmağa başladı,” deyə siyasi ekspert qeyd edir.

Əkbər Ələmi elan etdiyi proqramlarında ruhanilərin siyasətdən geri çəkilmələrini istəyib və qeyri-fars millətlərin hüquqlarını müdafiə edib. Onun namizədliyi qeydiyyata alınsa, təkcə Azərbaycan Türkləri deyil bütün qeyri-fars xalqların səsini qazana bilər.
Yunus Şamili həmçinin iyun ayı seçkilərinin əsas namizədləri o cümlədən İİR-nin Məsləhət Şurası başqanı Əkbər Haşemi Rəfsəncani, Mahmud Əhmədinejadın müavini İsfəndiyar Rəhim Maşayi və İranın nüvə danışıqlarında əsas vasitəçisi Səid Cəlili, habelə onların siyasi çəkiləri və seçkilədəki mövqeyi haqda şərhlər verib.
Cənab Şamilinin fikrincə qarşıdan gələn seçkilərdə namizədliyini irəli sürən azərbaycanlı siyasətçi və Təbrizin keçmiş millət vəkili Əkbər Ələminin Nəzarət Şurası tərəfindən tam qeydiyyata alınma şansı çox azdır. Onun dediklərinə görə, Təbrizli namizəd barədə olan xəbərləri belə boykot edirlər.

İran rəsmiləri məsciddə səsverməyə nəzarət edir
İran rəsmiləri məsciddə səsverməyə nəzarət edir
“Əkbər Ələmi elan etdiyi proqramlarında ruhanilərin siyasətdən geri çəkilmələrini istəyib və qeyri-fars millətlərin hüquqlarını müdafiə edib. Onun namizədliyi qeydiyyata alınsa, təkcə Azərbaycan Türkləri deyil bütün qeyri-fars xalqların səsini qazana bilər,” deyə İsveçdə mühacirətdə yaşayan jurnalist əlavə edir.

Yunus Şamili keçmiş prezident seçkilərində olduğu kimi iyun seçkilərində də Azərbaycanda iştirakın çox aşağı səviyyədə olacağını təxmin edir.
XS
SM
MD
LG