Accessibility links

Gürcüstan 13 nəfərin həbs olunduğunu bildirib


Gürcüstan 13 nəfərin həbs olunduğunu bildirib
Gürcüstan 13 nəfərin həbs olunduğunu bildirib

Gürcüstan Rusiya ordusuna casusluqda ittiham olunan dörd Rusiya vətəndaşını saxlayıb

Gürcüstan bildirir ki, Moskvanı Tbilisinin hərbi qabiliyyətinə dair sirlərlə təmin edən Rusiyanın casus qrupu ifşa edilib. Rusiya xarici işlər üzrə nazirinin müavini Qriqoriy Karasin bu iddianı rədd edərək, bunu noyabr ayında Lissabonda NATO-nun zirvə görüşündən öncə Moskvanın imicinə mənfi təsir etmək üçün siyasi komediya adlandırıb. Lakin Gürcüstanın Daxili İşlər Nazirliyinin sözcüsü Şota Yutiaşvili bildirib ki, şəbəkəni ifşa etmək işinə keçmiş sovet zabiti cəlb edilib. Gürcüstan Rusiya ordusunun xeyrinə casusluqda ittiham olunan dördü Rusiya vətəndaşı olmaqla,13 nəfərin həbs olunduğunu bildirib. Həbslər oktyabr ayında baş verib. Həbslər Rusiya ilə Gürcüstan arasında gərgin münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər.

XS
SM
MD
LG