Accessibility links

Türkiyəyə məxsus “Aydar” gəmisinin 8 azərbaycanlı ekipaj üzvü dindirilmədən sonra Azərbaycanın Batumidəki baş konsulunun müdaxiləsi ilə sərbəst buraxılıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev APA-ya bildirib ki, artıq dənizçilər öz işlərini davam etdirirlər.

E. Abdullayevin sözlərinə görə, gəmi neytral sularda saxlanılıb, ekipaj üzvləri dindirilib.

Qeyd edək ki, Abxaziyadan Trabzona hərəkət edən “Aydar” gəmisi ilə bağlı insident martın 20-də axşam saatlarında baş verib. Gəminin və ekipaj üzvlərinin Gürcüstan sərhəd polisi tərəfindən həbs olunduğu və Poti dəniz limanına göndərildiyi barədə məlumatlar yayılsa da, gürcü tərəfi martın 22-də bu məlumatı təkzib edib.

Gəmi pis hava şəraiti səbəbindən öz marşrutu ilə hərəkət edə bilməyib və Poti limanında gözləməli olub.

XS
SM
MD
LG