Accessibility links

Gürcüstan Dağlıq Qarabağda keçirilən seçkiləri tanımır


Gürcüstan Dağlıq Qarabağda keçirilən seçkiləri tanımır

Gürcüstan Dağlıq Qarabağda keçirilən seçkiləri tanımır

Gürcüstan dünya ictimaiyyətinin münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səylərini alqışlayır və dialoqun davam etdirilməsinin alternativi olmadığını bildirir.

Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağda yerli özünüidarəetmə orqanlarına seçkiləri qəbul etmir. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Gürcüstanın xarici işlər nazirliyi Azərbaycanın suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə birmənalı dəstəyini təsdiq edir və Dağlıq Qarabağda 18 sentyabr 2011-ci ildə keçirilmiş “yerli özünüidarə orqanlarına seçkiləri” tanımır”.
Bəyanatda vurğulanır ki, nazirlik dünya ictimaiyyətinin münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səylərini alqışlayır və “dialoqun davam etdirilməsinin alternativi yoxdur”.

XS
SM
MD
LG