Accessibility links

Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze vəfat edib [Fotoqalereya]


Gürcüstanın sabiq prezidenti və sabiq Sovet İttifaqının xarici işlər naziri Eduard Şevardnadze uzun sürən xəstəlikdən sonra, bu gün 87 yaşında vəfat edib.

Cənab Şevardnadze Soyuq Müharibənin sona çatmasında böyük rol oynamış, Almaniyaların birləşməsinə yardım etmiş və xarici işlər naziri vəzifəsində işləyərkən Sovet İttifaqındakı islahatlarda diplomatik səylər göstəmişdir.

Sovet İttifaqı dağıldıqdan sonra isəcənab Şevardnadze vətəni Gürsüstana dönərək, ölkədə stabilliyin bərpasına yardım etmişdi. 1995-ci ildə o, Gürcüstanın prezidenti seçilmiş və ona qarşı iki dəfə sui-qəsd cəhdini adlatmışdı.

Hökuməti korrupsiya və seçkilərdə saxtakarlıqda ittiham edilən cənab Şevardnadze 2003-cü ildə vəzifəsindən istefa verməli olmuşdu.

XS
SM
MD
LG