Accessibility links

Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi işçisi Sergey Markedonov Amerikanın Səsinin veb səhifəsində bloqunda Gürcüstanda keçirilmiş prezident seçkilərini təhlil edərək, bununla ölkədə üç il əvvəl başlamış hakimiyyət sisteminin yeniləşdirilməsi prosesinin başa çatdığını qeyd edib.

“Gürcüstanın Mərkəzi Seçki Komissiyasının elan etdiyi məlumatlar seçki kampaniyasının bütün özəlliklərini əks etdirmir. Seski yarışının qalibi ola Georgi Marqvelaşvili həyatında ilk siyasi təyinatı 2012-ci ildə Bizdina İvanişvilinin kabinetində nazir olanda alıb. O buna qədər dövlət siyasəti ilə məşğul olmayaraq, təhsil müəssisələrində müxtəlif vəzifələrdə çalışıb. Əslində səslərin 62 faizini şəxsən Marqvelaşviliyə deyil, “Gürcü arzusu” koalisiyası və onun lideri Bidzina İvanişvilyə verilmiş səslərdir. Məhz hazırkı baş nazir bir il əvvəl prezident Mixail Saakaşvilinin uzun müddət dominantlığına son qoymuşdur”-deyə Sergey Markedonov yazıb.



Mixail Saakaşvili

Mixail Saakaşvili

Təhlilçinin fikrincə, 2013-cü ildə prezident seçkiləri üç il əvvəl başlamış siyasi prosesin başa çatdırılması kimi dəyərləndirilməlidir. “2010-cu ildə Gürcüstan hökumətinin başçısı hakimiyyətin əsas qurumlar arasında yenidən bölüşdürülməsinə yönəlmiş konstitusiya islahatlarına başladı. O vaxt Gürcüstanda və digər ölkələrdə bir sıra ekspertlər Qafqaz respublikasının “putinləşmə”si haqda danışmağa başlamışdır. Konstitusiyaya prezident seçkilərindən sonra minmiş düzəlişə əsasən, gürcüstan hökumətində əsas fiqur kabineti formalaşdıran nazir və parlamentdəki çoxluqdur. Lakin burada “putinləşmə” planından sphbıt getmir. 2012-ci ildə İvanişvilinin başçılıq etdiyi “Gürcü arzsusu” koalisiyası parlament seçkilərində qalib tələrək, hökumətə nəzərəti ələ aldı. Bundan sonra yeni hakimiyyət baş nazirin səyləri ilə Konstitusyaya dəyişikliklərin artıq qüvvəyə minməsindən əvvə onun xeyrinə formalaşmışdır”-deyə Sergey Markedonov qeyd edib.


Məhz buna görə təhlilçi bildirir ki, 2013-cü il prezident sekçilərində əsas məsələ “prezident kim olacaq deyil, Gürcüstanla nə olacaq” sualından ibarətdir. O, Sovet İttifaqının dağılmasından sonra Gürcüstanda hakimiyyətin dinc yolla deyil, ya çerviliş, ya da kütləvi çıxışlar yolu ilə dəyişdiyini qeyd edib.

Sergey Markedonovun bildirdiyinə görə, Gürcüstanda prezident seçkilərindən sonra ölkə “keçmişikn xəstəliklərindən sağalmağa” indi daha yaxın bir mərhələyə qədəm qoyub. Lakin o yazıb ki, hakiiyətin və idarəçiliyin yeni sisteminin işləməsi üçün təkcə opponentin qələbəsinin tanınması faktı kifayət deyil. “Saakaşvili vəzifəsindən gedir. Lakin onun əsas rəqibi olan “Gürcü arzusu” koalisiyasının lideri Bidzina İvanişvili də siyasətdən getdiyini elan edib. O bu barədə dəfələrlə danışıb. Əgər əvvəllər çoxları bunun bir oyun olduğunu fikirləşirdisə, indi onun sözlərinin həqiqətə uyğun olduğu görünür. İndi əsas siyasi qərarların nevə, harada və hansı platformadan qəbul ediləcəyi sualı verilir. Müəyyən mənada, Gürcüstanda sadəcə lider dəyişmir, ölkədə siyasi elita və hakimyyət sistemi yenilənir. Qarşıda prezident modelinin parlament modelinə çevrilməsi prosesi gedir. Belə ki, əsas intriqa prezidentliyə namizədlərə səsvermə günündən sonra başlayıb”-deyə qeyd edən Markedonov bu inkişafların ölkənin xarici siyasə prioritetlərinə təsirinin nədən ibarət olacağı haqda sual qaldırır.


​Təhlilçinin fikrincə, Gürcüstanın xarixi siyasətinin əsas paramentləri 2013-cü il 27 oktyabr seçkilərindən sonra eyni qalacaq. “Sərt qarşıdurmaya baxmayaraq, Mixail Saakaşvili və Bidzina İvanişvili Şimali Atlantik alyans və Avropaya inteqrasiya məsələsində konsensusu saxlaya bildi. Bu ilin noyabr ayında Vilnüsdə Şərq tərfdaşlığı və Avropa İttifaqının zirvə görüşündə Gürcüstanın nümayəndələri Avropa İtitfaqı ilə ilkin razılığı təsdiq etməyi planlaşdırır. Bu seçimlə bağlı nə qaliblər, nə də məğlu olanlar mübahisə aparmır. Rusiyaya gəldikdə, “Gürcü arzusu”nun seçdiyi münasibətlərin normallaşdırılması kursu davam etdiriləcək. Sürəyli inkişafın olacağı gözlənilmir. Söhbət Moskvanın Avxaiya və Cənubi Psetiyanın tanınması məsələsinrdə güşətə getməsindən, ya da Gömrük Birliyinə daxil olmaqdan və hətta MDB-yə qayıtmaqdan da getmir. Güürcüstan öz istehsalçılarının Rusiya bazarlarına qayıtmasında maraqlıdır, ikincisi isə Qərb də Tbilisini Moskva ilə praqmarik əlaqələrin qurulmasına təşviq edir. Siyasətin şəxsiyyətlə əlaqələndirildiyi şəraitdə Mixail Saakaşvilinin siyasətdən gedişi Moskva üçün müsbət siqnaldır. Rusiya Xarici işlər nazirliyi Gürcüstanın yeni liderinin ölkələr arasında son illər yaranmı sədləri götürəcəyi ilə bağlı ümidlərini əbəs yerə ifadə etməyib. Tərəflər arasında dialoqun davam etdirilməsi münasibətlərdə qarşıdurmaq ritorikasının həlledici olduğu vaxtlarla müqayiəsəd özü-özlüyündə inkişaf kimi qəbul edilə bilər. Bu baxımdan, razılaşmamağa razı olmaq da irəliyə doğru bir addım kimi görünür.”
XS
SM
MD
LG