Accessibility links

Gürcüstanın baş naziri Azərbaycanda səfərdədir


Prezident İlham Əliyevin Gürcüstanın baş naziri Bidzina İvanişviliilə görüşü

Prezident İlham Əliyevin Gürcüstanın baş naziri Bidzina İvanişviliilə görüşü

Bidzina İvanişvilinin prezident Əliyevlə görüşündə Azərbaycan-Gürcüstan əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib

Dekabın 26-da prezident İlham Əliyev Azərbaycana rəsmi səfərə gəlmiş Gürcüstanın baş naziri Bidzina İvanişvili ilə görüşüb.

Görüşdə regional məsələlər, həmçinin Azərbaycan-Gürcüstan münasibətlərinin genişləndirilməsi və möhkəmləndirilməsi perspektivləri müzakirə edilib. Bu barədə prezident Əliyevin rəsmi saytı məlumat verib.

Səfər çərçivəsində B.İvanişvili həmçinin baş nazir Artur Rasizadə ilə görüşəcək.
Danışıqların ən mühüm bəndi Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolunun taleyidir. Ötən həftə B.İvanişvili layihənin Gürcüstanı çox da qane etmədiyini bildirib.

“Ola bilsin ki, Azərbaycana səfərim zamanı bu məsələləri qaldırdım və bizə dost ölkəyə yumşaqcasına bildirdim ki, hansısa mərhələdə bu, bizim üçün faydalı olmayacaq və bu məsələnin nizamlanması lazımdır”, - o qeyd etmişdi.

Bir gündən sonra isə mətbuat konfransında bildirib ki, Bakıda bu layihəni müzakirə etmək niyyətində deyil. Onun sözlərinə görə, bu məsələ üzərində qrup işləyir və bu, kifayətdir.

Azərbaycan Gürcüstanın Türkiyədən sonra ikinci ticarət tərəfdaşıdır. 11 ayda Azərbaycanla Gürcüstan arasında əmtəə dövriyyəsi 28,1% artaraq 1 mlrd. 150 mln. dollar təşkil edib ki, bu da Gürcüstanın bütün xarici ticarət dövriyyəsinin 12,3%-ni təşkil edir.
XS
SM
MD
LG