Accessibility links

Gürcüstan və Azərbaycan prezidentlərinin görüşü keçirilib [Yenilənib]


Gürcüstan prezidenti Georgi Marqvelaşvili

Gürcüstan prezidenti Georgi Marqvelaşvili

O səfər çərçivəsində yerli gürcü icması ilə də görüşəcək

Azərbaycan və Gürcüstan arasındakı münasibətlər strateji xarakter daşıyır. Iki ölkə prezidentləri İlham Əliyev və Georgi Marqvelaşvili bu haqda fevralın 12-də Bakıda danışıqlar başa çatandan sonra bəyan ediblər.

Azərbaycan Dövlət Televiziyasının (AZTV) məlumatına görə İ.Əliyev hər iki dövlətin beynəlxalq qurumlarda uğurlu birgə fəaliyyət göstərdiyini qeyd edib.

O, deyib ki, Azərbaycan və Gürcüstan dövlətlərinin ərazi bütövlüyünə dair məsələlərdə bir-birini qarşılıqlı dəstəkləyirlər.

Bundan əlavə, Azərbaycan və Gürcüstan ticari-iqtisadi əməkdaşlığı fəal şəkildə inkişaf etdirir və investisiyaların qarşılıqlı müdafiəsi məsələsində vahid mövqedən çıxış edirlər.

Danışıqlar zamanı birgə layihələrin reallaşdırılması, enerji təhlükəsizliyi məsələləri də müzakirə edilib.

Humanitar əməkdaşlığın uğurla inkişaf etməsi qeyd olunub.

Səfər çərçivəsində G.Marqvelaşvilinin Azərbaycanın regionlarına səfər edəcəyi və gürcü icması ilə görüşəcəyi bildirilir.

G.Marqavelaşvili iki ölkə arasında əlaqələrin qardaşlıq və dostluq xarakteri daşıdğını diqqətə çatdırıb.

Onun fikrincə, Azərbaycanla Gürcüstan arasında münasibətlər müstəsna xarakterlidir və bu özünü qarşılıqlı layihələrdə göstərir.

Hər iki dövlətin ərazi bütövlüyünün pozulması problemi ilə qarşılaşdığını deyən G.Marqvelaşvili bu məsələlərin sülh yolu ilə həll ediləcəyinə ümid bəslədiyini vurğulayıb.

G.Marqvelaşvili İ.Əliyevi Gürcüstana cavab səfərinə dəvət edib.

***
Fevralın 12-də Azərbaycana rəsmi səfər gələn Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin qarşılanma mərasimindən sonra onun prezident İlham Əliyevlə təkbətək görüşü olub.

AzərTac dövlət agentliyinin verdiyi məlumata görə, görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından danışılıb, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Sonra danışıqlar geniş tərkibdə davam etdirilib.

Görüşdən sonra prezidentlər birgə bəyanatla çıxış ediblər. Bəyanatın mətni hələlik mətbuatda yayımlanmayıb.

--------------------------------------------------------------------------------------------------
Gürcüstan prezidenti Qiorqi Marqvelaşvilinin fevralın 12-də Azərbaycana rəsmi səfəri başlayıb.

Gürcüstan prezidenti administrasiyasının mətbuat xidmətinin məlumatına görə, Marqvelaşvili Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək və danışıqlardan sonra iki ölkə lideri birgə bəyanatla çıxış edəcək.

Gürcüstan prezidenti həmçinin baş nazir Artur Rasizadə və parlamenti spikeri Oqtay Əsədovla görəşəcək.

Fevralın 13-də Marqvelaşvili Qax rayonuna gedərək yerli etnik gürcü əhali ilə görüşəcək.

Nümayəndə heyətiniə həmçinin parlamentin üzvləri, Təhlükəsizlik şurasının katibi, prezident administrasiyasının rəhbəri və prezidentin xarici məsələlər üzrə köməkçisi daxildir.
XS
SM
MD
LG