Accessibility links

Gürcüstan 20 ölkədə səfirini dəyişir


Xəritədə Gürcüstan
Xəritədə Gürcüstan

Bu ölkələr arasında Azərbaycan və Amerika da var. Prezident Saakaşvili artıq səfrilərin geri çağırılması barədə xarici işlər nazirinin məktubunu imzalayıb.

Gürcüstan prezidenti Mixail Saakaşvili xarici işlər naziri Maya Pancikidzenin Gürcüstanın xarici ölkələrdəki bir sıra səfirlərinin vəzifələrindən azad edilməsi haqqında müraciətini təmin edib.

Turan agentliyinin məlumatına görə, Pancikidze yanvarın 14-də dərc edilmiş dövlət başçısına məktubunda 20-yə yaxın diplomatik nümayəndəlik rəhbərinin vəzifədən azad edilməsi barədə vəsatət qaldırıb.

Bu, Gürcüstanın Ukraynadakı səfiri Qriqol Katamadze, Latviyadakı səfir Konstantin Korkeliya, Çexiyadakı səfir Nino Nakaşidze, Macarıstanda səfir Zviad Çumburidze, Avstriya və ATƏT-də səfir Paata Qaprindaşvili, ABŞ-da səfir Temur Yakobaşvili, Belçika və Aİ-də səfir Salome Samadaşvili, Böyük Britaniyada səfir Georgi Badridze, Almaniyada səfir Qabriela Hasburq-Lotringen, Bolqarıstanda səfir Levan Metreveli, Litvada səfir Georgi Kerdikoşvili, Azərbaycanda səfir Teymuraz Şaraşenidze, Qazaxıstanda səfir David Mumladze, Türkiyədə səfir Zurab Pataradze, Çində səfir Mamuki Qamkrelidze, habelə Gürcüstanın BMT-də daimi nümayəndəsi Aleksandr Lomay və Avropa Şurasında daimi nümayəndə Mamuki Jgentidir.

Prezident artıq xarici işlər nazirinin məktubunu imzalayıb”, deyə XİN-in mətbuat xidmətindən qeyd ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG