Accessibility links

Gürcüstanda azərbaycandilli məktəblərin sayı azalır


Gürcüstanda azərbaycandilli məktəblərin sayı azalır
Gürcüstanda azərbaycandilli məktəblərin sayı azalır

Sovet dövründə Gürcüstanda 183 azərbaycandilli məktəb olub. 1999-cu il statistikasına görə, azərbaycandilli məktəblərin sayı 167-dək azalıb. Hazırda Gürcüstanda 124 məktəb var.

“Qafqaz” Araşdırmalar Mərkəzinin rəhbəri Kamran Ramazanlı “Amerikanın səsi” radiosuna müsahibəsində Gürcüstanda yaşayan azərbaycanlıların təhsil problemlərindən danışıb.

Onun sözlərinə görə, Gürcüstanda azərbaycandilli məktəblərdə müəllimlərin işdən azad edilməsi, dərsliklərlə bağlı problemlər yaranıb. “Belə ki, bu il azərbaycandilli məktəblərdə üç yüzədək azərbaycanlı müəllim işdən azad edilib. Gürcüstanın “Təhsil haqqında” qanununa görə, məktəb direktorları istənilən vaxt müəllimlərlə əmək müqaviləsini poza bilər”.

Cənab Ramazanlının dediyinə görə, Gürcüstandakı azərbaycandilli məktəblərdə 4 mindən çox azərbaycanlı müəllim çalışır. “Sovet dövründə Gürcüstanda 183 azərbaycandilli məktəb olub. 1999-cu il statistikasına görə, azərbaycandilli məktəblərin sayı 167-dək azalıb. Hazırda Gürcüstanda 124 məktəb qalıb və onların da 28-i bağlanmaq təhlükəsi ilə üzləşib”.
Gürcüstandakı azərbaycandilli məktəblərdə Azərbaycan tarixi və coğrafiyası tədris edilmir.

XS
SM
MD
LG