Accessibility links

Gürcüstanda daş kömür mədənində partlayış baş verib


Gürcüstanda daş kömür mədənində partlayış baş verib
Gürcüstanda daş kömür mədənində partlayış baş verib

Daş kömür mədənində baş verən partlayış nəticəsində üç mədən işçisi həlak olub və yeddisi ağır yaralanıb

Gürcüstan rəsmiləri daş kömür mədənində baş verən partlayış nəticəsində üç mədən işçisinin həlak olduğunu və yeddisinin ağır yaralandığını bildirib. Reuters məlumat verib ki, dünən Tkibulidəki mədəndə partlayış zamanı 50 mədən işçisi yerin altında idi. Xəbər agentliyi bu günə qədər mədən işçilərinin hamısının evakuasiya olunduğunu bildirib. Partlayışın səbəbi aydın deyil. Mart ayında Tkibili mədənində baş verən partlayış nəticəsində dörd nəfər həlak olmuş və bir neçə insan isə yaralanmışdı. Rəsmilər mart ayında baş vermiş partlayışın metan qazının sızması səbəbi ilə baş verdiyini ehtimal edir.

XS
SM
MD
LG