Accessibility links

İŞİD sıralarında gürcü döyüşçülər


Gürcüstan rəsmiləri Suriyada gürcü dilində danışan döyüşçülərin İslam Dövləti qrupu tərəfindən açıqlanmış video görüntülərini təhqiq edir. 12 dəqiqəlik videoda əllərində Kalaşnikov avtomatları və qumbara tutan şəxslər Gürcüstana qarşı təhdidlərlə çıxış edib, ölkədəki müsəlmanları "Xilafət"ə qoşulmağa çağırır.

Gürcüstan mediasının verdiyi məlumata əsasən, həmin şəxslərdən üçü Quriya, biri isə əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan qonşu Acriya regionundandır.

Videoa həmin şəxslər Acriyada müsəman din xadimlərini qınayır və Gürcüstanda "kafirlər"in başlarının kəsiləcəyi ilə hədələyir.

"Aydındır ki, bu təşkilat öz strateji hüdudlarını böyük potensiala malik olduğu və siyasi strukturlara təsir göstərə bildiyi İraq və Suriyada döyüş meydanlarından daha böyük ərazilərdə genişləndirməyə çalışır" İlan Berman

Gürcüstanda körpə övladını qoyub Suriyaya gedən 32 yaşlı Badriya İremadze videoda deyir:"İnşallah, sizin başlarınızın kəsiləcəyi gün yaxınlarda gələcək. Siz fikirləşirsiniz ki, biz Gürcüstandan çox yzağıq və Xilafətin sizə əli çatmayacaq. Sizə deyirəm ki, bu, doğrudan da yaxın vaxtlarda olacaq. İnşallah, biz buna çalışağıq və sizi ədalət qarşısına çıxaracağıq."

Rəsmilərin bildirdiyinə görə, onlarla Gürcüstan vətəndaşı ölkədə yoxsulluq üzündən mühafizəkar islam ideologiyasının ardınca gedərək, Suriya və İraqda İslam Dövləti qrupuna qoşulub.

İslam Dövləti qrupu hüdudlarını genişləndirir

Təhlilçilər bu videonun İslam Dövləti qrupunun nüfuzlu və terrorizmi yaymağa çalışdığının göstəricisi kimi qiymətləndirir.

"Aydındır ki, bu təşkilat öz strateji hüdudlarını böyük potensiala malik olduğu və siyasi strukturlara təsir göstərə bildiyi İraq və Suriyada döyüş meydanlarından daha böyük ərazilərdə genişləndirməyə çalışır." Bunu Vaşinqtonda Amerika Xarici Siyasət Şuraının vitse prezidenti İlan Berman deyir.

Belçikada Paris hücumlarından sonra təhlükəsizlik səviyyəsi yüksək həddə qalır
Belçikada Paris hücumlarından sonra təhlükəsizlik səviyyəsi yüksək həddə qalır

"Biz son həftələr görürük ki, Paris kimi bir çox yerlərdə İslam Dövləti qrupuna qarşı mübarizə artıq Yaxın Şərqdə aparılmır. Bu mübariəzə Avropa, eləcə də Avrasiya kimi müxtəlif regionlara yayılır"-deyə İlan Berman Amerikanın Səsinə bildirib.

"Buna görə Gürcüstan hökumətinin İslam Dövləti qrupuna qarşı mübarizəyə dəstəyi öz sərhədləri daxilində deyil, xaricdə qrupa qarşı qlobal səylərə qoşularaq verməsi faydalı olacaq, çünki bu, qrupun Qafqaz, Avrasiya və Gürcüstanın özündə təsir qabiliyyətini məhdudlaşdıracaq"-deyə İlan Berman bildirib.

Quranın təhrif edilməsi

Gürcüstan mediasının verdiyi məlumata görə, İslam Dövləti qrupunun açıqladığı videoda göstərilən dörd nəfər yoxsul ailələrdən çıxıblar və işsizdirlər. İremadze ilə yanaşı, videoda göstərilən digər şəxslər Quriyanın Zoti kəndindən 20 yaşlı Roin Paksadze, Nasakirali kəndindən 23 yalı Mamuka Antadze və Acariyanın Didadcara kəndindən 22 yaşlı Kviça Qobadzedir.

Gürcüstanın müsəlman din xadimləri deyir ki, İslam Dövləti qrupuna qoşulan bu şəxslərin Quranı təhrif etdiyini və İslam dini haqda yanlış təsəvvür yaradır.
"Ayrı-ayrı ayələrin müstəqil mətnlər kimi söylənməsi qəbuledilməzdir. Quran haqda ayrı-ayrı ayələri oxuduqdan sonra nəticələr çıxarmaq qəbuledilməzdir. Qurandakı mətnlər bir kitabın hissələridir və hər bir ayənin bu kitabda öz yeri var"-deyə Gürcüstanın müftisinin müavini Adam Şantadze bildirib.

İslam Gürcüstanda 654-cü ildən yayılmağa başlayıb və müsəlmanlar Gürcüstanın əhalisinin 10 faizini təşkil edir.

XS
SM
MD
LG