Accessibility links

Gürcüstanın Batumi şəhərində turizm inkişaf edir (video)


Gürcüstanın Batumi şəhərində turizm inkişaf edir (video)
Gürcüstanın Batumi şəhərində turizm inkişaf edir (video)

Dənizə çıxışı olmayan ermənistanlı Lusia üçün dəniz çox mühümdür.

Lusia: `Yerevanda dəniz yoxdur, bura isə bizə yaxındır. Ona görə də biz buraya gəlirik.`

Azərbaycanlı Samir Xəzər dənizinin sahilində yaşayır. Amma o, ailəsi ilə bərabər keçmiş Sovet mirası olan Gürcüstanın qonaqpərvərliyindən həzz almaq üçün qatarla 18 saat səyahət edərək Batumiyə gəlib.

Samir:`Sovet İttifaqı dağıldıqdan sonra burada qonaqpərvərliyin səviyyəsi aşağı enmişdi. Heç kim rus dilində danışmaq istəmirdi. Lakin indi turizmə kömək etmək üçün əhali rus və ingilis dillərində danışmağa başlayıb.`

Gürcüstanın Batumi şəhərində turizm inkişaf edir (video)
Gürcüstanın Batumi şəhərində turizm inkişaf edir (video)

Burada Qara dənizin şərq sahillərində neytrallıq Gürcüstana xeyir gətirir. Belə ki, ermənilər, azərbaycanlılar, ukraynalılar, iranlılar və türklər buraya vizasız səyahət edir. Buraya turistlər Tehran və Tel Aviv kimi fərqli şəhərlərdən səfər edir. İran bu yaxınlarda ABŞ Hərbi Dəniz Donanması yerləşən liman yaxınlığında Avropa Meydanı adlanan yerdə konsulluq açıb.

Ötən il burada Şeraton, bu il isə Radison otelləri tikilib. Ənənə tərəftarlarının kazino və başqa cəsarətli dizaynlardan xoşları gəlmir. Müxalifətçi Nina Burcanadze belə düşünənlərdən biridir.

Nino Burcanadze: `Batumi Gürcüstanın ən gözəl şəhərlərdən biri idi. İndi isə ora kiçildilib. İndi is biri-biri üslub baxımından heç bir əlaqəsi olmayan tikililər görürük.`

Gürcüstanın Batumi şəhərində turizm inkişaf edir (video)
Gürcüstanın Batumi şəhərində turizm inkişaf edir (video)

Batumidəki inşaatın artdığı xəbəri Nyu-Yorka da gedib çıxıb. Mart ayında Amerikada daşınmaz əmlak üzrə sahibkar Donald Trump 52 mərtəbəli Batumi Trump qülləsinə öz adını verməyə razı oldu və Gürcüstan prezidenti Mixail Saakaşvili bunun şahidi oldu. Bir vaxtlar Sovet İttifaqının tərkibində olan Batumi indi dünya xəritəsində öz yerini tapır.

XS
SM
MD
LG