Accessibility links

Bidzina İvanişvili Gürcüstanın baş naziri vəzifəsinə nominasiya edilib


Gürcüstan prezidenti Mixail Saakaşvili Bidzina İvanişvilini baş nazir vəzifəsinə nominasiya edib. Prezident aparatının sözçüsü bildirib ki, İvanişvili 10 gün ərzində yeni kabinetinin siyahısını parlamentə təqdim etməlidir.

İvanişvilinin “Gürcüstan Arzusu” koalisiyası oktyabrın 1-i parlament seçkilərində qələbə əldə edərək, Saakaşvilinin Milli Hərəkat Birliyinin 9 illik hakimiyyətinə son qoyub. Saakaşvilinin prezidentlik dönəmi gələn il başa çatır. Onun səlahiyyətləri baş nazirə veriləcək.

İvanişvili Rusiya ilə münaisbətləri normallaşdıracağına vəd verib. O, Gürcüstanın Soçidə keçiriləcək qış Olimpiya Oyunlarına qatılmasını istəyir.

Onun vədləri Rusiyanın Xarici İşlər Nazirliyi tərəfindən “pozitiv” addım adlanıdırlıb.
XS
SM
MD
LG