Accessibility links

Qahirədə 51 nəfər öldürülüb [Fotoqalereya]


Misirin Səhiyyə Nazirliyinin bildirdiyinə görə, hakimiyyətdən devrilmiş prezident Məhəmməd Mursini dəstəkləyənlərin Qahirədəki Respublika Qvardiyasının baş qərargahı yaxınlığında keçirilən etiraz aksiyası zamanı baş verən zorakılıqlar nəticəsində 51 nəfər ölüb.

Məhəmməd Mursinin "Müsəlman Qardaşları" qrupu bu gün hərbi binanın yaxınlığında əsgərləri nümayişçilərə atəş açmaqda günahlandırıb. İnqilabın tankların gücünə baş verdiyini deyən qrup üsyana çağırıb.

Hərbçilər isə hadisə barədə fərqli versiyalar irəli sürərək, terrorçu qrupun binaya hücum etdiyini və bir əsgərin öldürüldüyünü bildirib.

Bu gün habelə Qahirənin Təhrir Meydanı yaxınlığına tankların gətirildiyi bildirilir.
XS
SM
MD
LG