Accessibility links

BMT-nin baş katibi Ban Gi Mun Fələstinin Beynəlxalq Cinayət Məhkəməsinə qatılacağını bəyan edib.

İsrail fələstinlilər üçün 125 milyon dollarlıq vergi gəlirlərinin dondurulması qərarına gəlib. Bu addım Fələstinin Beynəlxalq Cinayətlər Məhkəməsinə qoşulmaq səylərinə cavab mahiyyəti daşıyır.

Fələstinlilər vergi gəlirlərindən hökumətin fəaliyyəti və mülki işçilərin maaşlarının ödənilməsi üçün istifadə edir.

Fələstin BMT-nin Təhlükəszilik Şurasına Beynəlxalq Cinayətlər Məhkəməsinə qoşulmaq təklifi verərək, İsrailin fələstinlilərə qarşı müharibə cinayətlərinə əl atdığına dair məhkəməyə şikayət vermək hüququ əldə etməyə çalışır.

Fələstin prezidenti Mahmud Abbas BMT-nin Təhlükəszilik Şurasının 3 il ərzində Fələstin dövlətinin yaradılmasına dair qətnamə layihəsini rədd etməsindən sonra Beynəlxalq Cinayətlər Məhkəməsinə qoşulmaqla bağlı sənədlərə imza atıb.

İsrailin baş naziri Benyamin Netanyahu nə ediləcəyini deməsə də, bunun intiqamının alınacağına söz verib.

XS
SM
MD
LG