Accessibility links

Haaretz: "Obama İsraildən tikinti işlərini 4 aylıq dondurmağı xahiş edib"


Qəzetdə dərc olunan məqalədə deyilir ki, Birləşmiş Ştatlar inşaatın dondurulması müqabilində fələstinlilərin prezidenti Mahmud Abbasa İsrail baş naziri Benyamin Netanyahu ilə bir başa danışıqlara çalışacağını bildirib

İsrail qəzetinin məlumatına görə, ABŞ prezidenti Barak Obama dalana dirənmiş İsrail-Fələstin sülh danışıqlarının bərpası üçün İsrailin Şərqi Qüdsdə tikinti işlərini 4 aylığına dayandırmasını istəyir. Bu gün Haaretz qəzetində dərc olunan məqalədə deyilir ki, Birləşmiş Ştatlar inşaatın dondurulması müqabilində fələstinlilərin prezidenti Mahmud Abbasa İsrail baş naziri Benyamin Netanyahu ilə bir başa danışıqlara çalışacağını bildirib. Baş nazir Netanyahunun idarəsi məlumat barədə heç bir açıqlama verməyib. İsrail ABŞ-ın 1967-ci ildə işğal edilən Şərqi Qüdsdə yəhudi yaşayış məskənlərinin inşası dayandırması çağırışlarını rədd edir. Prezident Abbasın yardımçısı Nabil Abu Rdainah bu gün bildirib ki, fələstinlər birbaşa və ya vasitəli sülh danışıqlarını bərpa etməmişdən əvvəl İsrail Şərq Qüds və İordan çayının şərq sahilində tikinti işlərini dayandırmalıdır.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG