Accessibility links

“Həyat yoldaşım casusluq etməyib, onun məsələsi türk dili və Azərbaycandır” [Audio-Müsahibə]


“Qazi dedi, onu buraxsaq yenə gedib eyni yazılardan yazacaq, yenə sözündə olacaq. Qazi belə dedi, amma hər şey Ettelaatın əlindədir. Ettelaat onun buraxılmasını istəmir.” Bu, keçən ilin may ayında tutulan siyasi məhbus Həbib Sasaniyanın həyat yoldaşının sözləridir. Ərdəbildən Amerikanın Səsinə danışan Fərəhnaz Fəkur həyat yoldaşının sağlıq durumunun yaxşı olmadığını deyir.

Onun dediklərinə görə, Həbib Sasaniyanın sağlıq durumu bu yaxınlarda pisləşib və xəstəxanaya aparılıb:

“Ettelaatda saxlanıldığı zaman bilmirəm nələr oldu, başına nə işlər gəldi ki, halı pisləşirdi, təzyiqi yuxarıya gedirdi. Bu, indi də davam edir. Zindana düşmədən öncə belə narahatlığı yox idi. Xəstəxananın doktoru da təsdiq edib ki, o bu [durumda] zindanda saxlanılmamalıdır.”

Ettelaatda saxlanıldığı zaman bilmirəm nələr oldu, başına nə işlər gəldi ki halı pisləşirdi, təzyiqi yuxarıya gedirdi. Bu indi də davam edir. Zindana düşmədən öncə belə narahtlığı yox idi.

Xanım Fəkur həyat yoldaşının təhlükəsizlik qurumunun (Ettelaat) həbsxanasında saxlanıldığı zaman işgəncəyə məruz qaldığını bildirib.

Sasaniyan həyat yoldaşının dediyinə görə, 2016 may ayının 4-də tutulduqdan sonra 4 ay Təbrizin Ettelaat həbsxanasında saxlanılıb və ondan sonra Təbriz Mərkəzi Zindanına köçürülüb.

O deyir ki, “Ettelaat həyat yoldaşıma casusluq ittihamı vurub. Amma onun bundan heç xəbəri yoxdur. Bir şey tapmadıqları üçün belə bir ittihamı ortaya atırlar. Heç bir sənədləri yoxdur... Casusluq ittihamı bunun üçündür ki, sən ana dilini sevmə, yazma, əhalini başa salma. Amma o qəbul etmir bunları... Deyirlər, sən Telegramda kanal vurub ana dilindən yazırsan. Amma o, elə bu Ana Dili Günündə zindandan şeir yazdı göndərdi. Ona nə etsələr də dilini buraxmayacaq. Onunku Türk məsələsi, Azərbaycan məsələsidir.”

Fərəhnaz Fəkurun söylədiklərinə görə, həyat yoldaşı haqqında hər hansı bir məhkəmə hökmü çıxarılmayıb. Onun nəzarət müddətini hər ay daha bir ay uzadırlar.

Casusluq ittihamı bunun üçündür ki, sən ana dilini sevmə, yazma, əhalini başa salma... Amma o, elə bu Ana Dili Günündə zindandan şeir yazdı göndərdi. Ona nə etsələr də dilini buraxmayacaq. Onunku Türk məsələsi, Azərbaycan məsələsidir.

Xanım Fəkur iki uşağı ilə birlikdə Ərdəbildə yaşayır. Bu da onların Təbrizdə həbsdə olan Həbib Sasaniyan ilə görüşməyini olduqca çətinləşdirir. Onsuz də ilk dörd ayda Ettelaat həbsxanasında saxlanıldığı zaman görüşmə icazəsi verilməyib.

“Təqribən dörd ay Ettelatda olduğu zaman danışmaq haqqı yox idi. Məmurlar zəng edib telefonu ona verirdilər bir iki kəlimə danışırdı. Uşaqlar haqqında və bu kimi söhbətlər olurdu. Niyə tutulduğu haqqında danışmağa icazə vermirdilər,” deyə məhbusun həyat yoldaşı söyləyir.

O, əlavə edir, “Ettelaata heç kəsin gücü yetmir ki, bir iş görsün. Qalıb öz imanlarına, görək nə zaman buraxacaqlar.”

Fikirləriniz

Show comments

XS
SM
MD
LG