Accessibility links

Həbib Sasaniyanın müvəqqəti azadlığı üçün 300 min dollar zəmanət istənilib


İslami İnqilab məhkəməsi keçən ilin may ayından bəri casusluq ittihamı ilə Təbriz həbsxanalarında nəzarət altında saxlanılan türk fəal Həbib Sasaniyanın müvəqqəti azadlığı üçün bir milyard tümən (təxminən 300 min dollar) dəyərində mülki zəmanət tələb edib.

Araz NewsGüney Azərbaycan Televiziyasının (Günaz TV) məlumatına istinadən, qərar aprelin 9-da İnqilab Məhkəməsi Təbriz şöbəsindən hakim Bağırpur tərəfindən açıqlanıb.

Araz News məhbusun bu yaxınlarda aclıq aksiyası keçirdiyini və sağlıq durumunun yaxşı olmadığını bildirib.

Amerikanın Səsi keçən fevral ayında Sasaniyanın durumu ilə bağlı həyat yoldaşı Fərəhnaz Fəkur ilə müsahibə edib.

Xanım Fəkurun dediklərinə görə, milli fəal 2016 may ayının 4-də tutulduqdan sonra 4 ay Təbrizin Ettelaat həbsxanasında saxlanılıb və ondan sonra Təbriz Mərkəzi Zindanına köçürülüb.

O, müsahibədə həyat yoldaşına qarşı irəli sürülən casusluq ittihamının sənədsiz olduğunu ifadə edib:

“Heç bir sənədləri yoxdur... Casusluq ittihamı bunun üçündür ki, sən ana dilini sevmə, yazma, əhalini başa salma. Amma o qəbul etmir bunları... Deyirlər, sən Telegramda kanal vurub ana dilindən yazırsan. Amma o, elə bu Ana Dili Günündə zindandan şeir yazdı göndərdi. Ona nə etsələr də dilini buraxmayacaq. Onunku Türk məsələsi, Azərbaycan məsələsidir,” deyə məhbusun həyat yoldaşı deyib.

XS
SM
MD
LG