Accessibility links

Səudiyyə Ərəbistanında illik Həcc ziyarəti insidentsiz başa çatıb.

Şeytanın daşa basılması mərasimində yaranmış basırıq səbəbi ilə ölənlərin sayı 769 nəfərə çatıb.

Səhiyyə naziri xalid Əl-Falihin bildirdiyinə görə, 934 adam xəsarət alıb.

Ölənlər arasında iranlılar əksəriyyət təşkil edir (136 nəfər).

İranın Livandakı sabiq səfəri itkin düşən 300-dən artıq iranlı arasındadır.

Tehran Səudiyyə Ərəbistanını kompetentsizlikdə ittiham edərək, beynəlxalq məhkəmələrə müraciət edəcəyini bildirib.

​İranın baş prokuroru Ebrahim Rəisi deyib ki, Səudiyyə Ərəbistanının hazırlıqsızlığı beynəlxalq qanunlara görə cinayət aktı hesab edilir.

Prokuror kral ailəsinin maşın karvanı keçən yoldan zəvvarların çəkilməyə məcbur edilməsinə görə basırıq yarandığına dair təsdiq olunmamış faktı bir daha təkrar edib.

İran prezidenti Həsən Ruhani BMT-ni hadisə ilə bağlı araşdırma aparmağa çağırıb.

İranın xarici işlər naziri Məhəmməd Zərif Nyu-Yorkda ABŞ dövlət katibi Con Kerri ilə görüşü zamanı faciəvi insidentə görə təəssüfünü dilə gətirib.

Səudiyyə Ərəbistanının hazırlıqsızlığı beynəlxalq qanunlara görə cinayət aktı hesab edilir

​Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel Əl-Cübeyr İranın tənqidlərini rədd edərək deyib ki, iranlılar dini borclarına yerinə yetirən insanların faciəvi taleləri ilə siyasət oyunları oynamamalıdır. O, baş verənlərə görə məsuliyyət daşıyanların cavab verəcəyini bildirib.

İranla Səudiyyə Ərəbistanı müsəlman dünyasında dominant rol oynadıqlarını düşünür. Bu ölkələri sünni və şiə məzhəbləri də ayırır.

XS
SM
MD
LG