Accessibility links

Hacı Məmmədov müalicə müəssisəsinə köçürülüb


Hacı Məmmədov

Hacı Məmmədov

Daxili İşlər Nazirliyinin (DİN) həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov Penitensiar Xidmətin Binə qəsəbəsində yerləşən ixtisaslaşdırılmış müalicə müəssisəsinə köçürülüb.

Bu barədə H. Məmmədovun vəkili Afət Qazıyeva APA agentliyinə bildirib.

Vəkilin sözlərinə görə, o, səhhətində problem olduğundan Müalicə Müəssisəsinə köçürülüb və hazırda həkim nəzarətindədir.

Ötən il oktyabrın 17-də milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunandan sonra H.Məmmədov barəsində olan cinayət işinin yenilənməsi və işdə yeni hal olması ilə bağlı Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə və Ali Məhkəməyə müraciət etmişdi. Ali Məhkəmə müraciəti plenuma çıxarmayaraq işi baxılmamış saxlayıb.

Xatırladaq ki, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə MTN-in həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs ediliblər. 2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə dəstə üzvü ömürlük azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG