Accessibility links

Hadi Musəvi: Türkiyədə güneyli və qaçqın olmaq üstünlük də ola bilər [Audio-Müsahibə]


Güneyli sənətçi Əskişəhərdə təşkil etdiyi foto-sərgi haqqında danışır

Türkiyənin Əskişəhərində Böyük Şəhər Bələdiyyəsinin sponsorluğu ilə aprelin 25-dən mayın 1-ədək fotoqrafiya sənətçisi Hadi Musəvinin işlərindən ibarət olan “Bir Şəhərin Həyatı” adlı foto-sərgi təşkil edilib. Amerikanın Səsinə müsahibədə güneyli sənətçi həmin sərgi, digər sənət fəaliyyətləri və gələcək üçün planlarından danışır. Eyni zamanda Musəvi Türkiyədə yaşayan güneyli mühacirlərin topluma inteqrasiyasına dair öz düşüncələrini paylaşır.

Sərgiyə gələnlər baxırsan deyirlər ki, biz bilirik təbrizlilər çox yetənəklidirlər, çox rəssamları var, şairləri var... Mən çalışaraq buraya gəldim və yenə də çalışmağa davam edəcəyəm, amma, güneydən olmağım, mültəci olmağım biraz da avantaj oldu mənim üçün.

2007-ci ildə qaçqın kimi Türkiyəyə mühacirət edən sənətçi öncədən rəsm sahəsində fəaliyyət etsə də fotoqraf olaraq fəaliyyətini Türkiyədə başlayıb. Hazırda Əskişəhər Bələdiyyəsindən əlavə Mədəniyyət və Turizm Nazirliyi ilə də əməkdaşlıq edən Musəvi Türkiyə toplumunda çalışaraq özünü isbat etdikdən sonra bir qaçqın olmasının onun üçün artıq mənfi deyil, daha uğurlu olması istiqamətində müsbət təsir göstərdiyini vurğulayır:

Əskişəhər Bələdiyyə Başqanı və Hadi Musəvi

Əskişəhər Bələdiyyə Başqanı və Hadi Musəvi

Dörd ildir bu işlə məşğulam amma daha çox zaman ayırıb, kurslara qatılıb və əmək sərf etdim. Bu əməklə olan bir şeydir. Rəsm yetənəyimin də gəlişməm də rolu oldu. Yəni qısa zamanda Əskişəhərdə bilinən bir foto sənətçisi oldum.

“Buradakı mültəcilərin (qaçqınların) dilə gətirdiyi bu, türk olsaq da, Güney Azərbaycandan olsaq da, toplumda inteqrasiya ola bilmirik, toplumla birləşə bilmirik, yenə ikinci sinif rəftarı olur. Mən də bunu yaşadım. Amma, inanın ki, özümüzü isbat etdiyimiz zaman, istər güneydən olsun istər quzeydən yabançılıq biraz da avantaj (üstünlük) kimi olur. Sərgiyə gələnlər baxırsan deyirlər ki, biz bilirik təbrizlilər çox yetənəklidirlər, çox rəssamları var, şairləri var... Mən çalışaraq buraya gəldim və yenə də çalışmağa davam edəcəyəm, amma, güneydən olmağım, mültəci olmağım biraz da avantaj oldu mənim üçün.”

​Hadi Musəvi dörd ildir peşəkar foto sənətçisi kimi çalışdığını deyir: “2007-ci ilindən bəri Türkiyədə yaşayıram. Daha öncələr rəsm ilə məşğul idim. Van şəhərində bələdiyyənin təşkil etdiyi kurslarda rəsm müəllimi kimi çalışdım.

2011 Van zəlzələsindən sonra Əskişəhərə yerləşdim və ondan sonra fotoqrafiya işi ilə məşğulam. 2 ildir Böyük Şəhər Bələdiyyəsi eləcə də, Kültür və Turizm Nazirliyi ilə işbirliyim vardır. Əskişəhər ilə ilgili fotolar çəkirəm. Bunlardan Əskişəhər ilə bağlı təqdimatlarda həm bələdiyyə həm də nazirlik istifadə edir.”

2011 Van zəlzələsindən sonra Əskişəhərə yerləşdim və ondan sonra fotoqrafiya işi ilə məşğulam. 2 ildir Böyük Şəhər Bələdiyyəsi eləcə də, Kültür və Turizm Nazirliyi ilə işbirliyim vardır. Əskişəhər ilə ilgili fotolar çəkirəm. Bunlardan Əskişəhər ilə bağlı təqdimatlarda həm bələdiyyə həm də nazirlik istifadə edir.”

“Bir Şəhərin Həyatı” sərgisinin xəbəri yerli televizya və Türkiyənin çox tirajlı qəzetlərində yayılıb. Sərgi güneyli sənətçinin əsərlərini izləməyə gələn bələdiyyə başqanları, sənətçilər və sənət sevər əhali tərəfindən böyük rəğbətlə qarşılanıb.

Sərgiyə gələnlər baxırsan deyirlər ki, biz bilirik təbrizlilər çox yetənəklidirlər, çox rəssamları var, şairləri var... Mən çalışaraq buraya gəldim və yenə də çalışmağa davam edəcəyəm, amma, güneydən olmağım, mültəci olmağım biraz da avantaj oldu mənim üçün.

​“Dörd ildir bu işlə məşğulam amma daha çox zaman ayırıb, kurslara qatılıb və əmək sərf etdim. Bu əməklə olan bir şeydir. Rəsm yetənəyimin də gəlişməm də rolu oldu. Yəni qısa zamanda Əskişəhərdə bilinən bir foto sənətçisi oldum. Qurumlarla, dövlət qurumları ilə çalışmalarım olur. Ayrıca, bir dərgidə də foto editoru olaraq çalışıram. Toy çəkimləri olur, bələdiyyə başqanlığı və valiliklə layihələr çərçivəsində çalışmalarım olur. Dərnəklərin kursları var, orada fotoqrafiya dərsləri verirəm. Universitetlərdə simpoziumlara dəvət edildim. Əməyimin qarşılığını alıram,” deyə Musəvi işlərinin yaxşı getdiyini deyir.

Gələcək planlarından danışan Musəvi Türkiyə xaricində çalışıb beynəlxalq sənət layihələrində yer almağı hədəflədiyini deyir.

XS
SM
MD
LG