Accessibility links

Azərbaycan vətəndaşlarını Suriyada gedən döyüşlərə cəlb edən şəxslər tutulub


Azad Suriya Ordusunun döyüşçüləri
Azad Suriya Ordusunun döyüşçüləri

Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətinin birgə məlumatında deyilir

Azərbaycan vətəndaşlarını Suriyada gedən döyüşlərə cəlb edən şəxslər tutulub.

Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətinin birgə məlumatında deyilir.

Məlumatda qeyd olunub ki, respublikanın hüquq-mühafizə orqanları cinayətkarlıqla mübarizə sahəsində Tərtər rayonunda növbəti xüsusi əməliyyat tədbiri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinə müraciət edən rayon sakini yetkinlik yaşına çatmayan oğlunun radikal dini cərəyana cəlb olunmaqla Suriyaya göndərildiyini və orada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etdiyini bildirib.

Birgə məlumatda bildirilib ki, aparılan araşdırmalarla Tərtər ərazisində ayrı-ayrı vətəndaşların ölkə hüdudlarından kənarda qeyri-qanuni fəaliyyət göstərən silahlı birləşmələrin sıralarına qoşulmasını təşkil edən, dini dözümsüzlük və bölücülük təbliğatını aparan ekstremist yönümlü şəxslərdən ibarət mütəşəkkil cinayətkar dəstə müəyyən edilib.

Nazirliyin xüsusi təyinatlı polis qüvvələri də cəlb olunmaqla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Tərtər Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən həmin dəstənin 4 üzvü - əvvəllər məhkum olunmuş Zülfüqar İbrahimov, Mübariz Mirzəliyev, Şəmsəddin Abdullazadə və Vüqar Əliyev saxlanılıblar.

Onların yaşadıqları mənzillərə baxış zamanı ümumilikdə 2 ədəd sandıqçası ilə birlikdə 1 avtomat, 800 qram partlayıcı maddə, alışdırıcıları ilə birgə 9 əl qumbarası, 170 ədəd patron, yayılması qanunla qadağan olunmuş xeyli sayda dini ədəbiyyat, disklər və digər maddi sübutlar götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG