Accessibility links

Tərtərdə uşaq xəsarət alıb


Mina
Mina

Tərtər rayonunun Əskipara kəndində hərbi sursatın partlaması nəticəsində bir uşağın xəsarət aldığı bildirilir.

«Report»un xəbərinə görə, kənddə müvəqqəti məskunlaşmış, məcburi köçkün ailəsində doğulan 8 yaşlı Elvin Hüseynlinin həyətdə təmizlik işləri apararkən kibritlə çöldə toplanmış tullantılara od vurması partlayışa səbəb olub.

Nəticədə azyaşlının müxtəlif dərəcəli yanıq xəsarətləri aldığı bildirilir. Tərtər Rayon Mərkəzi Xəstəxanasına aparılan uşağın ambulator müayinədən sonra evə buraxıldığı qeyd edilir.

Azyaşlının yaralanmasına səbəb olan hərbi sursatın adı, hələlik məlum deyil.

Eyni zamanda, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik iyunun 15-də yeni hesabat açıqlayıb.

Hesabatda deyilir ki, cəbhə bölgəsində, - Tərtər rayonunda bir raket mühərriki, bir top mərmisi, Füzuli rayonunda bir top mərmisi aşkarlanıb.

Agentlik bildirir ki, aprelin 7-dən iyunun 15-nə kimi ümumilikdə 1531 partlamamış hərbi sursat, 14 piyada əleyhinə mina, 3 piyada əleyhinə POMZ-2 və 7 tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

XS
SM
MD
LG