Accessibility links

Prezidentliyə namizəd Hafiz Hacıyev də "Məhsul" stadionunda mitinq-görüş keçirib [Video]


Hafiz Hacıyevin mitinqi
Hafiz Hacıyevin mitinqi

Müasir Müsavat Partiyasının prezidentliyə namizədi Hafiz Hacıyev sentyabrın 29-da Bakının Yasamal rayonundakı “Məhsul” stadionunda seçicilərlə görüş-mitinq keçirib. Saat 16-da başlayan aksiya 45 dəqiqə davam edib.


"Media forum" xəbər verir ki, çıxışının böyük hissəsini müxalif Milli Şuranın liderlərinin və prezidentliyə namizədinin əleyhinə həsr edən Hafiz Hacıyev seçiciləri oktyabrın 9-da fəal olmağa, şər qüvvələrə səs verməməyə çağırıb.

Hafiz Hacıyev ənənəvi müxalifəti xarici qüvvələrin sifarişi ilə Azərbaycanda sabitliyi pozmaq cəhdlərində ittiham edib, eyni zamanda ad çəkmədən indiki hakimiyyətdə də satqınların, xəyanətkarların, rüşvətxorların olduğunu vurğulayıb, islahatlar vədi verib.

AzadlıqRadiosunun təşviqat mitinqindən hazırladığı video-reportajda isə görüşə gələnlərin bəzilərinin nə mitinqinə gəlməsi barədə məlumatlı olmadğı görünür. Videonu sizə təqdim edirik:


57 yaşlı Hafiz Hacıyev Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının məzunu, biologiya elmləri namizədidir. Əbülfəz Elçibəyin prezidentliyi zamanı “Azərbalıq” Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri vəzifəsində çalışıb. 1993-1999-cu illərdə həbsdə olub.

2000-ci ildən başlayaraq siyasi fəaliyyətini əsasən müxalif qüvvələrə qarşı kəskin hücumlar üzərində quran Hafiz Hacıyev 2003 və 2008-ci illərin prezident seçkilərində də iştirak edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG