Accessibility links

Hafiz Həsənov: Seçki fəallığı düşür, beynəlxalq diqqət azalır, islahat getmir - 2015-c il parlament seçkiləri də belə olacaq [Video]


Hafiz Həsənov: Seçki fəallığı düşür, beynəlxalq diqqət azalır, islahat getmir - 2015-c il parlament seçkiləri də belə olacaq
please wait

No media source currently available

0:00 0:05:32 0:00

Hafiz Həsənov: Seçki fəallığı düşür, beynəlxalq diqqət azalır, islahat getmir - 2015-c il parlament seçkiləri də belə olacaq

“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Amerikanın Səsinə müsahibəsində dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri, seçki islahatları və 2015-ci ildə keçiriləcək parlament seçkilərindən danışıb.

Amerikanın Səsi: Azərbaycanda keçirilən bələdiyyə seçkilərinə münasibətiniz necədir? Seçkilərdə kütləvilik oldumu?

Bu bələdiyyə seçkiləri əvvəlki seçkilərdən sakit və səssiz bir seçki idi.

Hafiz Həsənov: Bu seçkilər əvvəlki seçkilərdən heç nə ilə fərqlənmədi. Sadəcə bəzi nüanslar oldu. Bu bələdiyyə seçkiləri əvvəlki seçkilərdən sakit və səssiz bir seçki idi. Eyni zamanda bu seçkilərdə kütləvilik yox idi. Bu onun göstəricisidir ki, artıq Azərbyacanda seçkilər sahəsində çox ciddi islahatlar olmalıdır. Seçkilər göstərdi ki, bələdiyyələrin statusu genişləndirilməlidir, əhalinin inamı artmalıdır. Namizədlərdə kütləvilik ona görə yox idi ki, real bələdiyyə səlahiyyətlərinin nə olduğunu onlar bilirdi. Eyni zamanada seçkilərin ədalətliliyi məsələsi. Proseslər göstərdi ki, indiki seçki komissiyasının tərkibi dəyişməlidir, heç olmasa adamlar dəyişməlidir. Yəni hər seçkidən-seçkiyə seçicilərin etinadsızlığı, inamsızlığı geriyə gedir. Bax bu ölkədə çox ciddi seçki islahatlarının aparılmasını zəruri edir. Həm qanunvericilik sahəsində, həm də praktiki olaraq.

Amerikanın Səsi: İlk dəfə olaraq ölkədə keçirilən seçkilərdə beynəlxalq müşahidəçilər iştirak etmədi? Səbəbi nədir?

Bu baxımdan yerli seçici etimadsızlığı həm də bu seçkilərin beynəlxalq aləmdə bir növ diqqət mərkəzindən kənarda qalmasına gətirib çıxaran amillərdən biridir.

Hafiz Həsənov: Əslində səbəb yenə də bələdiyyələrin statusu, seçkilərin ədalətliliyi, kütləviliyi ilə bağlıdır. Bu bir növ seçkidə coşqular, ədalət, inam məsələsidir. Əgər yerli seçicinin, seçki iştirakçılarının seçkilərə inamı aşağıdırsa təbii ki, beynəlxalq müşahidəçilərin də belə seçkilərə o qədər də marağı olmur. Bu həm də Azərbaycanın bələdiyyələrlə bağlı Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə bağlıdır. Ötən dövrdə bələdiyyə institutları ilə bağlı, islahatlarla bağlı real ciddi addımlar atılmadı. Seçki prosesinin gedişi həm də onu göstərdi ki, artıq bu seçkidə ciddi alternativlər yoxdursa, seçkidə coşğu, ədalətli rəqabət olmayıbsa sadəcə müşahidəçi heç nəyi dəyişməyəcək. Bu baxımdan yerli seçici etimadsızlığı həm də bu seçkilərin beynəlxalq aləmdə bir növ diqqət mərkəzindən kənarda qalmasına gətirib çıxaran amillərdən biridir. Yəni bu da bir daha göstərir ki, ölkədə bələdiyyə institutları və seçki islahatlarına ciddi ehtiyac var. Əks halda növbəti seçkilərdə daha xoşagəlməz vəziyyətin yaranması mümkün ola bilər.

Amerikanın Səsi: Seçkilər bir növ siyasi emosiyaların söndürülməsi deməkdir. Belə seçkilər keçirilərsə Azərbaycanda siyasi böhran yarana bilərmi?

Əslində emosialların daxildə qalması yaxşı nəticələr vəd eləmir.

Hafiz Həsənov: İnamıram, əslində mən güman etmirəm. 1995-ci il seçkilərindən indiyədək bütün prosesləri müşahidə edən seçki eksperti kimi deyə bilərəm ki, seçkilərdə coşğular, emosionallıq cəmiyyətdə olan enerjinin aşkar olunması, qanunauyğun şəkildə paylanmasına gətirib çıxarır. Yəni müsbət nəticələrə gətirib çıxarır. Əslində emosialların daxildə qalması yaxşı nəticələr vəd eləmir. Bu baxımdan hesab edirəm ki, indiki halda bələdiyyə seçkilərində də, parlament seçkilərində də seçkilərin tam demokratikliyini əldə etmək mümkün deyil, amma müəyyən qədər fəallıq heç nəyi dəyişməyəcək. Məsələn, 1998-ci il, 2003-cü il seçkilərini misal çəkə bilərəm ki, yəni bu seçkilərdə coşqu var idi. Ancaq nə yaratdı, nəyi dəyişdi? Hansısa pis bir vəziyyətə gətirib çıxarmadı ki? Bu baxımdan həm də bir növ vətəndaşların həm seçkilərə, həm də dövlət orqanlarına inamının, dövlət rəsmilərinə etimadının güclənməsinə gətirib çıxardı.

Amerikanın Səsi: 2015-ci il Azərbaycanda parlament seçkiləri ilidir. Bu seçkilərdən parlament seçkilərinə baxanda nə görünür?

Seçici fəallığı ildən-ilə düşə-düşə gedəcək.

Hafiz Həsənov: Bu seçkilər parlament seçkilərinə yaxşı heç nə vəd etmir. Əksinə bu seçkilrədə fəallığın aşağı düşməsi, eyni zamanda beynəlxalq diqqətin azalması, seçki islahatlarının getməməsi belə görsənir ki, 2015-c il parlament seçkilərində də ciddi irəliləyiş, ciddi fəallıq olmayacaq. Seçici fəallığı ildən-ilə düşə-düşə gedəcək. Ən pisi o olacaq ki, insanların seçkiyə inamı, ümumiyyətlə seçkili orqanlara münasibətdə, yəni siyasi idarəetmədə iştirak baxımından əhalinin fəallığının azalmasına gətirib çıxaracaq. Proses bu cür davam etsə, 2015-ci il seçkiləri indiki bəldiyyə seçkilərindən bir qədər fərqli keçə bilər. Bir daha qeyd edirəm ki, islahatlar, islahatlar… Əsasən də qanunvericilikdə və praktikada seçki islahatlarının aparılması vəziyyətdə dönüş yarada bilər.

XS
SM
MD
LG