Accessibility links

REAL Hərəkatının Sumqayıt Məclisinin sədri yenidən polisə çağırılıb


Hafiz Babalı (Foto Hafiz Babalının Facebook səhifəsindən götürülüb)
Hafiz Babalı (Foto Hafiz Babalının Facebook səhifəsindən götürülüb)

REAL Hərəkatının Sumqayıt Məclisinin sədri Hafiz Babalı mayın 16-da yenidən Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə dəvət olunub. Bu barədə Babalının özü Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, mayın 16-da REAL-ın tanıtım vərəqələrini və hərəkatın lideri, hazırda həbsdə olan İlqar Məmmədovun 2005-ci ildə çap olunmuş müraciətini Sumqayıt şəhəri 34-cü məhəllədə paylayarkən Post Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanıb və polis bölməsinə aparılıb.

“Polis bölməsində dedilər ki, vərəqələri insanlara zorla paylayıbsan. Mən isə vərəqə paylamağın qanun və qayda pozuntusu olmadığını, insanların bu məlumatlandırıcı vərəqələri etiraz etmədən və həvəslə qəbul etdiyini bildirdim. Vərəqələrdə partiyanın məramını açıqlayan və parlamentar üsul idarə formasına keçidlə bağlı fikirlərin olduğunu dedim. Məndən izahat aldılar və 4 saatadək saxladıqdan sonra azad buraxdılar. Azad buraxılakən mayın 18-də yenidən polis bölməsinə gələcəyim barədə iltizam da aldılar” - deyə Babalı Amerikanın Səsinə bildirib.

XS
SM
MD
LG