Accessibility links

REAL-ın Məclis sədrinə xəbərdarlıq edilib


Mayın 18-də Sumqayıt şəhər Məhkəməsi REAL Hərəkatının Sumqayıt Məclisinin sədri Hafiz Babalıya xəbərdarlıq edib. Bu barədə Amerikanın Səsinə Babalının özü bildirib.

Onun sözərinə görə, polis Babalıya qarşı İnzibati Xətalar Məcəlləsinin 296-cı (xırda xuliqanlıq) maddəsi ilə ittiham irəli sürüb. Hakim İlqar Məmmədovun sədrliyi ilə keçirlən məhkmədə REAL Hərəkatının Məclis sədri xəbərdarlıq edilərək azad buraxılıb.

Hafiz Babalı mayın 16-da REAL-ın tanıtım vərəqələrini və hərəkatın lideri, hazırda həbsdə olan İlqar Məmmədovun 2005-ci ildə çap olunmuş müraciətini Sumqayıt şəhəri 34-cü məhəllədə paylayarkən Post Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanıb və polis bölməsinə aparılıb.

“Polis bölməsində dedilər ki, vərəqələri insanlara zorla paylayıbsan. Mən isə vərəqə paylamağın qanun və qayda pozuntusu olmadığını, insanların bu məlumatlandırıcı vərəqələri etiraz etmədən və həvəslə qəbul etdiyini bildirdim. Vərəqələrdə partiyanın məramını açıqlayan və parlamentar üsul idarə formasına keçidlə bağlı fikirlərin olduğunu dedim. Məndən izahat aldılar və 4 saatadək saxladıqdan sonra azad buraxdılar. Azad buraxılakən mayın 18-də yenidən polis bölməsinə gələcəyim barədə iltizam da almışdılar. Bu gün polisə getdim və protokolla tanış edib məhkəməyə apardılar”, Babalı Amerikanın Səsinə bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG