Accessibility links

Hafiz Hacıyev xəbərdarlıq edilib


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev

O yazıçı Əkrəm Əylislinin qulağını kəsənə 10 mina manta mükafat vəd edib

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev fevralın 12-də Daxili İşlər Nazirliyinə çağırılıb.

Hacıyev mətbuata açıqlama verərək, yazıçı Əkrəm Əylislinin qulağını kəsən şəxsə 10 min manat mükafat vəd edib.

DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlovun Turan-a verdiyi məlumata görə, Hafiz Hacıyevə cinayətin törədilməsinə sövq edən çağırışının hüquqi nəticələri izah olunub.

Eyni zamanda, baş verə biləcək hər-hansı qanuna zidd əmələ görə cinayətin təhrikçisi kimi məsuliyyət daşıyacağı haqda rəsmi xəbərdarlıq edilib.

Öz növbəsində, Ə.Əylisli Amerikanın Səsi radiosu vasitəsi ilə hüquq- mühafizə orqanlarını təhlükəsizliyinin təminatı ilə bağlı tədbirlər görməyə çağırıb. “Hüquq- mühafizə orqanları təsirli tədbirlər görməsə, ailəmi və özümü terrordan qorumaq üçün xaricə getmək məcburiyyətində qala bilərəm”, - deyə o vurğulayıb.
XS
SM
MD
LG