Accessibility links

Çak Heygel: "Hökumət məsrəflərinin ixtisarının davam etməsi Pentaqona ciddi təsir göstərəcək"


ABŞ-ın müdafiə naziri Çak Heygel hökumət məsrəflərinin ixtisarının davam etməsinin Pentaqona ciddi təsir göstərə biləcəyini deyib.

ABŞ-ın müdafiə xərcləri artıq 46 milyard dollar azaldılıb. İxtisarlar davam etsə Pentaqon gələn 10 il üçün əlavə 500 milyard dollarlıq kəsirlə üzləşəcək.

Pentaqon
Pentaqon
Bu həftə müxbirlərlə görüşü zamanı Cak Heygel deyib ki, ixtisarların nəticələrinin nəzərdən keçirilməsi ilə hərbi hazırlığa ciddi ziyan dəyəcəyi müəyyən edilib. “Araşdırmalar göstərib ki, ixtisarlar müdafiə strategiyasını sarsıdacaq.”

Nazir bildirib ki, ixtisarlar silahlı qüvvələrin ABŞ-ın maraqlarının müdafiəsi qabiliyyətini zəiflədəcək, Pentaqonu dağıdıcı seçim qarşısında qoyacaq. “İxtisarlar ordu briqadaları, hərbi gəmilər, hava qüvvələri eskadronları, batalyonların qabiliyyətini zəifləyəcək, silahların müasirləşdirilməsi və texnologiyaların prafilaktikasını qeyri-mümkün edəcək.”

İxtisarlar müdafiə strategiyasını sarsıdacaq
Heygelin təxminlərinə görə, ordu 11 təyyarədaşıyan gəmiləri 8-ə, hazırda 570 min əsgərdən ibarət olan hərbi qüvvələrin sayını 380 minə, 205 min əsgərdən ibarət dəniz donanması qüvvələrinin sayını 150 minə endirəcək.

Bu isə İkinci Dünya Müharibəsindən sonra qüvvələrin ən ciddi ixtisarı ola bilər.


ABŞ-ın müdafiə nazirinin dedikləri Obama administrasiyası ilə büdcə mübahisələri aparan Konqresə mesaj mahiyyəti daşıyır. Tərəflər arasında razılıq əldə edilməməsi federal büdcəni avtomatik ixtisarlara məruz qoyub.
XS
SM
MD
LG