Accessibility links


ABŞ Müdafiə naziri Çak Heygel deyib ki, Yaxın Şərqdə sınaqlar çətinləşdikcə müttəfiqlər bir-birinə daha yaxın olmalıdır.

İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdən əvvəl açıqlama verən Heygel bildirib ki, bu, mürəkkəb və təhlükəli bir dövrdür. O, ABŞ, İsrail və onların müttəfiqlərinin İsrail və bütünlükdə regionu daha təhlükəsiz edə biləcəklkəri ilə bağlı nikbinliyini ifadə edib.

Baş nazir Netanyahu İsrailin ABŞ-ın hərbi və təhlükəsizlik sahələrində dəstəyinə yüksək qiymət verdiyini deyib. O bildirib ki, İsrail İranın terrorçu qrupları silahlandırmasına və nüvə silahlarına malik olmasına yol verə bilməz.

İran nüvə proqramının dinc mahiyyət daşıdığına israr edir.

Müdafiə naziri Heygelin İsrailə səfərinin əsas məqsədlərindən biri Birləşmiş Ştatlar və İsrail arasında ABŞ-ın ən müasir hərbi texnikasının satışına dair razılığın yekunlaşdırılmasından ibarət olub.

Yaxın Şərqə səfəri çərçivəsində Çak Heygel İordaniya, Misir, Səudiyyə və Birləşmiş Ərəb Əmirliklərində olacaq. Müzakirələr zamanı Suriya vəziyyət və İranın proqramı kimi məsələlər diqqət mərkəzində olacaq.
XS
SM
MD
LG