Accessibility links

“Dallas” tele-serialında çəkilmiş məşhur aktyor Larri Heqmen dünyasını dəyişib


"Dallas" tele-serialı 1978-ci ildən başlayaraq 14 mövsüm Amerika ekranlarında göstərilib

“Dallas” tele-serialında J.R.Yuinq rolnu ifa etmiş əfsanəvi aktyor Larri Henqmen 81 yaşında dünyasını dəyişib. Onun boğaz xərçəngi xəstəliyindən əziyyət çəkdiyi və Texas ştatında Dallas şəhər xəstəxanasında vəfat ediyi bildirilir.

“Dallas” tele-serialı 1978-ci ildə ekranlara çıxmış və 14 mövsüm televiziyada nümayiş etdirilib. Tele-serial dünyanın 57 ölkəsində göstərilib. Filmin 1980-ci ildə ekranlara çıxmış “J.R Yuinqə kim atəş açıb” adlı seriyasına Birləşmiş Ştatların yaşlı əhalisinin 76 faizi tamaşa edib.

“Dallas” tele-serialının bir neçə dəfə davamı çəkilmiş, bu il isə TNT kabel televiziyasında filmin yeni variantı göstərilməyə başlamışdır.

Larri Heqmen aktyor ailəsində anadan olmuşdur. Onun anası Brodvey teatrının məşhur aktrisası Meri Martin idi. Larri Heqmen bir sıra başqa rollarda çəkilmiş, teatr tamaşalarında iştirak etmişdir.
XS
SM
MD
LG