Accessibility links

İraq ABŞ-dan daha da çox hərbi yardım istəyir


İraqın baş naziri Hayder Əl-Abadinin prezident Barak Obama ilə Ağ Evdə görüşü zamanı İslam Dövləti yaraqlılarına qarşı mübarizəni davam etdirmək üçün ABŞ-dan daha çox hərbi yardım istəyəcəyi gözlənilir.

Avqust ayından etibarən ABŞ İraqda İslam Dövləti yaraqlılarına qarşı 1800-dən çox hava hücumu həyata keçirən koalisiyaya başçılıq edir.

ABŞ rəsmiləri bildirib ki, onlar İraqdan heç bir xüsusi müraciət qəbul etməyib. Lakin Ağ Evin s[zçüsü Coş Earnest deyib ki, cənab Obama daha çox yardım barədə müraciəti nəzərdən keçirəcək.

ABŞ İraq qoşunlarına təlim vermək və yardım etmək üçün İraqa 3 min nəfərdən ibarət əsgəri qüvvə göndərib. Cənab Obama Amerika qoşunlarının quruda döyüş əməliyyatlarında iştirakını qadağan edib.

İraq qüvvələri bir ay davam edən döyüşlərdən sonra ötən həftələrdə irəliləyiş əldə edərək, Tikrit də daxil olmaqla geniş ərazini geri ala bilib. Lakin yaraqlılar hələ də Ninevah və Ənbər vilayətlərinin böyük hissəsinə nəzarət edir.

XS
SM
MD
LG