Accessibility links

Haşim Taci: Beynəlxalq Ədələt Məhkəməsinin qərarı Kosovo üçün tarixi bir nailiyyətdir


Haşim Taci: Beynəlxalq Ədələt Məhkəməsinin qərarı Kosovo üçün tarixi bir nailiyyətdir

Haşim Taci: Beynəlxalq Ədələt Məhkəməsinin qərarı Kosovo üçün tarixi bir nailiyyətdir

Kosovonun baş naziri Haşim Taci bildirib ki, Beynəlxalq Ədələt Məhkəməsinin qərarı Kosovonun təsisatları, hökuməti və xalqı üçün tarixi bir nailiyyətdir. “Amerikanın Səsi”nə müsahibəsi zamanı baş nazir bunu Kosovo və bütün regionun qələbəsi adlandırıb. Kosovonun baş naziri bildirib ki, Kosovonun müstəqil və suveren bir ölkə kimi müstəqilliyini elan etməsi onun beynəlxalq qanunlar çərçivəsində qanuni və legitim haqqı idi.

Kosovonun baş naziri Haşim Taci bildirib ki, Beynəlxalq Ədələt Məhkəməsinin qərarı Kosovonun təsisatları, hökuməti və xalqı üçün tarixi bir nailiyyətdir. “Amerikanın Səsi”nə müsahibəsi zamanı baş nazir bunu Kosovo və bütün regionun qələbəsi adlandırıb.Kosovonun baş naziri bildirib ki, Kosovonun müstəqil və suveren bir ölkə kimi istiqlalını elan etməsi onun beynəlxalq qanunlar çərçivəsində qanuni və legitim haqqı idi.

“Kosovonun müstəqilliyini tanımayan və bunun üçün Beynəlxalq Ədalət Məhkəməsinin qərarının tövsiyə mahiyyətli olacağını gözləyən ölkələrin argumentləri artıq hökmünü itirib. Məncə Beynəlxalq Ədalət Məhkəməsi bu sualı bütün dünya üçün cavablandırıb, Bu, ondan ibarətdir ki, Kosovonun müstəqillik və suverenliyə haqqı var.

Haşim Taci bu qərarın Kosovonun təsisatlarının birliyinə və gücləndirilməsinə əsas verdiyini deyib. “Qərar digər ölkələrin də bizi tanımasına yol açır. Bu, Kosovonun NATO, Avropa Birliyi və tədricən də BMT-yə üzv olması yolunda mühüm bir addımdır”.

“Beynəlxalq Məhkəmənin hökmü Kosovonun təsisiatlarının möhkəmləndiriməs, siyasət, iqtisadiyyat və ədliyyə kimi bütün sahələrdə islahatları davam etdirmək istəyimizə vüsət verib”-deyə baş nazir sözünə davam edib.

“ Son on- on bir il ərzində Kosovoda sabitlik naminə korrupsiyaya qarşı mübarizə güclü olmayıb. Bundan sonra biz korrupsiya ilə mübarizənin ön cəbhəsində olacağıq. Bu mübarizədə güzəşdə gedilməyəcək. Kosovo müharibəsinin başlanğıcından 11 il sonra bizim şüarımız bu mənfi fenomenə qarşı heç bir halda güzəştə getməməkdir”.

Bu arada Rusiya qanunvericiləri Ədalət məhkəməsinin qərarına birmənalı münasibət bildirməyib. Rusiyanın Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, Rusiyanın Kosovonun müstəqilliyinin tanınmasına dair mövqeyi dəyişməz qalır. ”Kosovo probleminin həlli BMT-nin Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinə əsasən yalnız maraqlı tərəflər arasında müzakirələrin davamı ilə mümkündür.”-deyə açıqlamada bildirilir.

Rusiyanın bəzi qanunvericiləri Ədalət məhkəməsinin qərarına etiraz edib. Onların bildirdiyinə görə, məhkəminin hökmü qlobal siyasi sabitliyə xidmət etmir. Digərləri isə hesab edir ki, bu, dünya ictimaiyyəti və siyasətçilərin Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasına müsbət təsir göstərir.

XS
SM
MD
LG