Accessibility links

Haşimi Rəfsəncaninin ailəsi Reydə hücuma məruz qalıb


Haşimi Rəfsəncaninin ailəsi Reydə hücuma məruz qalıb

Haşimi Rəfsəncaninin ailəsi Reydə hücuma məruz qalıb

Həzrət Əbdüləzimin hərəmini ziyarət edən Rəfsəncani ailəsinin bir neçə üzvü, o sıradan da iki övladı hakimiyyət tərəfdarı olan mülki geyimli şəxslərin hücumuna məruz qalıb.

İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi, Üləmalar Məclisinin rəhbəri ayətullah Haşimi Rəfsəncaninin ailəsinə hücum edilib.

“Media forum” saytının məlumatına görə, hadisə fevralın 22-də İranın Rey şəhərində baş verib. Həzrət Əbdüləzimin hərəmini ziyarət edən Rəfsəncani ailəsinin bir neçə üzvü, o sıradan da iki övladı hakimiyyət tərəfdarı olan mülki geyimli şəxslərin hücumuna məruz qalıb. Hücumçular Rəfsəncaninin qızlarından birini və ailənin digər üzvünü elektrik şoku yaradan dəyənəklərlə döyüblər. Onlar “Haşimiyə ölüm” şüarları səsləndiriblər.

XS
SM
MD
LG