Accessibility links

Rəsmilərin bildirdiyinə görə, bazar günü Haitinin Qonaives şəhərində sürücünün avtobusu kütlənin üzərinə sürməsi nəticəsində azı 34 nəfər ölüb.

Əvvəlcə iki piyadanı vurduqdan sonra qaçmağa cəhd göstərən sürücü avtobusu küçə musiqiçilərinin üzərinə sürüb və 33 nəfəri öldürüb. Avtobusun vurduğu piyadalardan birinin də öldüyü deyilir. Hadisə zamanı 17 nəfər yaralanıb.

Haiti prezidenti Covenel Mois dəhşətli qəza zamanı ölənlərin yaxınlarına başsağlığı verib.

Qəzanın baş verdiyi Qonaives paytaxt Port-au Prinsdən 150 km şimalda yerləşir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG